Tramp: Hindistana qarşı sanksiyalar səbəbindən Rusiya yüz milyardlarla dollar itirib
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"ABŞ Ukrayna böhranının nizamlanması məsələsində Rusiyanın addımlarından məmnun olmasa, tədbirlər görəcək".
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə polşalı həmkarı Karol Navrotski ilə görüşün başlanğıcında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Vaşinqton Rusiya lideri Vladimir Putinin Ukrayna münaqişəsi üzrə qəbul edəcəyi qərardan narazı olsa, nəsə baş verəcək.
Amerika lideri konkret nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyib.
Bununla yanaşı, Tramp onun Ukraynada nizamlama kontekstində Rusiyaya təsir göstərmək üçün heç bir tədbir görməməsinə dair iddianı təkzib edib.
Ağ Ev rəhbəri Rusiyaya qarşı tədbir görməsinə nümunə kimi Hindistana münasibətdə ikinci dərəcəli sanksiyaların tətbiqini göstərib:
"Bu səbəbdən Rusiya yüz milyardlarla dollar itirib. Hələ mən ikinci və üçüncü mərhələyə başlamamışam".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 03 Sentyabr 2025 21:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















