Tramp: Husilər məni çox məyus etdi

23.07.2026

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Ölkə.az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" şəbəkəsində yazıb.

Onun sözlərinə görə, bir il əvvəl ABŞ husilərin beynəlxalq gəmiçiliyə hücumlarına cavab olaraq onlara "çox güclü zərbələr" endirib.

"O vaxtdan bəri, eləcə də İranla münaqişəmiz dövründə onlar özlərini çox məsuliyyətli aparırdılar. Təəssüf ki, indi onlar yenidən hücumlara başlayaraq ötən gecə Səudiyyə Ərəbistanının iki gəmisini atəşə tutublar", - Tramp yazıb.

ABŞ Prezidenti vurğulayıb ki, husilər bu cür hərəkətləri təkrarlayacağı təqdirdə Vaşinqton buna görə İranı məsul tutacaq.

O əlavə edib ki, İranla bağlı da "sərt hərbi tədbirlər" görüləcək və bu, husilərə qarşı tətbiq ediləcək tədbirlərlə eynilik təşkil edəcək.

"Husilər məni çox məyus etdi, çünki indiyədək onlar son dərəcə peşəkar və ağıllı hərəkət edirdilər", - deyə əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью