Tramp: Husilər məni çox məyus etdi
Olke.az saytına istinadən Icma.az xəbər verir.
Ölkə.az xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" şəbəkəsində yazıb.
Onun sözlərinə görə, bir il əvvəl ABŞ husilərin beynəlxalq gəmiçiliyə hücumlarına cavab olaraq onlara "çox güclü zərbələr" endirib.
"O vaxtdan bəri, eləcə də İranla münaqişəmiz dövründə onlar özlərini çox məsuliyyətli aparırdılar. Təəssüf ki, indi onlar yenidən hücumlara başlayaraq ötən gecə Səudiyyə Ərəbistanının iki gəmisini atəşə tutublar", - Tramp yazıb.
ABŞ Prezidenti vurğulayıb ki, husilər bu cür hərəkətləri təkrarlayacağı təqdirdə Vaşinqton buna görə İranı məsul tutacaq.
O əlavə edib ki, İranla bağlı da "sərt hərbi tədbirlər" görüləcək və bu, husilərə qarşı tətbiq ediləcək tədbirlərlə eynilik təşkil edəcək.
"Husilər məni çox məyus etdi, çünki indiyədək onlar son dərəcə peşəkar və ağıllı hərəkət edirdilər", - deyə əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:100
Bu xəbər 23 İyul 2026 17:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















