Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ İranın 24 gəmisini batırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə elan edib.
“Onların donanması məhv edilib. Üç gündə 24 gəmi. Bu, çoxlu gəmi deməkdir”, - Tramp bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bredli Kuper Amerika ordusunun bir sualtı qayıq da daxil olmaqla 17 İran gəmisini məhv etdiyini bildirmişdi.
Xatırladaq ki, Yaxın Şərqdəki vəziyyət fevralın 28-də ABŞ-nin İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlamasından sonra gərginləşib. ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, əməliyyat Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə bağlı “tükənmiş səbir”dən irəli gəlir. Amerika və İsrail qüvvələrinin zərbələrindən biri İranın Ali Lideri Əli Xameneinin iqamətgahına dəyib, lakin onu xilas etmək mümkün olmayıb. Tehran buna cavab olaraq İsrailə və ABŞ-nin regiondakı hava bazalarına raketlər və dronlar atıb.