Tramp İranın neçə gəmi itirdiyini açıqladı
Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ İranın 24 gəmisini batırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirilən tədbirdə elan edib.
“Onların donanması məhv edilib. Üç gündə 24 gəmi. Bu, çoxlu gəmi deməkdir”, - Tramp bildirib.
Qeyd edək ki, bundan əvvəl ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bredli Kuper Amerika ordusunun bir sualtı qayıq da daxil olmaqla 17 İran gəmisini məhv etdiyini bildirmişdi.
Xatırladaq ki, Yaxın Şərqdəki vəziyyət fevralın 28-də ABŞ-nin İsraillə birlikdə İrana qarşı hərbi əməliyyata başlamasından sonra gərginləşib. ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, əməliyyat Tehranın nüvə ambisiyalarından imtina etmək istəməməsi ilə bağlı “tükənmiş səbir”dən irəli gəlir. Amerika və İsrail qüvvələrinin zərbələrindən biri İranın Ali Lideri Əli Xameneinin iqamətgahına dəyib, lakin onu xilas etmək mümkün olmayıb. Tehran buna cavab olaraq İsrailə və ABŞ-nin regiondakı hava bazalarına raketlər və dronlar atıb.
Bu mövzuda digər xəbərlər:Tramp İranın razılıq vermədiyi iki məsələni açıqladı
30 May 2026 09:26
İranın nə qədər raketi qalıb? Tramp açıqladı
06 İyun 2026 09:22
Tramp İranın yeni liderliyinə yaxşı namizədi olduğunu açıqladı
01 Mart 2026 09:05
ABŞ İranın mülki infrastrukturunu hədəfə alacaq? Tramp açıqladı
07 Aprel 2026 00:43
Tramp İranın danışıqlardan imtinasından sonra atacağı addımları açıqladı
01 İyun 2026 21:27
Baxış sayı:121
Bu xəbər 06 Mart 2026 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















