Tramp Kanada, Panama və Qrelandiyanı ABŞyə birləşdirə biləcəkmi? AÇIQLAMA | Icma.az
Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında Kanada, Qrenlandiya, Panama ilə bağlı paylaşımlar edərək, onları Amerikanın tərkibinə əlavə etmək istədiyini bildirib.
Bununla da Tramp ABŞ-nin geosiyasi təsirini genişləndirmək niyyətində olduğunu göstərmiş olur.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Trampın səsləndirdiyi bəyanatlar beynəlxalq hüquqa ziddir.
Onun fikrincə, bu bəyanatlar İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sisteminə ciddi zərbə vurur: "Yəni artıq beynəlxalq hüquq sistemi dünyada işləmir.
Bu, açıq-aydın şəkildə görünür və Trampın yeni ərazilər ələ keçirmək barəsində səsləndirdiyi fikirlər, şübhəsiz ki, qonşularına ciddi şəkildə təhdid və çox böyük narahatlıq yaradan əsas amildir.
Məsələn, onun Panama, Qrelandiya və Kanadaya qarşı səsləndirdiyi ərazi iddiaları məhz bu bölgələrdə ciddi şəkildə narahatlıq yaradan əsas məsələdir.
Avropa İttifaqının rəsmiləri Qrenlandiyanın ABŞ tərəfindən ələ keçirilməsi ehtimalına sərt reaksiya veriblər.
Tam oxu
Xəbəri oxu