Icma.az
close
up
RU
Tramp Kanada, Panama və Qrelandiyanı ABŞyə birləşdirə biləcəkmi? AÇIQLAMA

Tramp Kanada, Panama və Qrelandiyanı ABŞyə birləşdirə biləcəkmi? AÇIQLAMA

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp sosial şəbəkə hesabında Kanada, Qrenlandiya, Panama ilə bağlı paylaşımlar edərək, onları Amerikanın tərkibinə əlavə etmək istədiyini bildirib. Bununla da Tramp ABŞ-nin geosiyasi təsirini genişləndirmək niyyətində olduğunu göstərmiş olur. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Trampın səsləndirdiyi bəyanatlar beynəlxalq hüquqa ziddir. Onun fikrincə, bu bəyanatlar İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sisteminə ciddi zərbə vurur:

"Yəni artıq beynəlxalq hüquq sistemi dünyada işləmir. Bu, açıq-aydın şəkildə görünür və Trampın yeni ərazilər ələ keçirmək barəsində səsləndirdiyi fikirlər, şübhəsiz ki, qonşularına ciddi şəkildə təhdid və çox böyük narahatlıq yaradan əsas amildir. Məsələn, onun Panama, Qrelandiya və Kanadaya qarşı səsləndirdiyi ərazi iddiaları məhz bu bölgələrdə ciddi şəkildə narahatlıq yaradan əsas məsələdir. Avropa İttifaqının rəsmiləri Qrenlandiyanın ABŞ tərəfindən ələ keçirilməsi ehtimalına sərt reaksiya veriblər. Onlar bildiriblər ki, belə bir hal baş verərsə, lazım gələrsə, ABŞ ilə açıq münaqişəyə girə bilərlər. Bu məsələ Avropa İttifaqında təhlükəsizliklə bağlı yeni strategiyaların, o cümlədən Avropa İttifaqı ordusunun yaradılması ideyasını gücləndirib. Eyni zamanda biz aparıcı Avropa ölkələrinin Çinlə münasibətlərində olan yaxınlaşmanı da görürük. Almaniya və Fransanın Çinlə yaxınlaşması da məhz bu istiqamətdədir". 

Z.Əmrəliyev hesab edir ki, ABŞ-nin bu ərazilərə iddiası, əslində, Britaniyanın maraqlarına zidd hərəkətdir.

"Kanada Britaniya Millətlər Cəmiyyətinin üzvüdür, yəni Böyük Britaniya Kanadaya general-qubernator təyin edir. Belə olan halda belə çıxır ki, ABŞ Britaniyanın əlindən o torpaqları almaq istəyir. Panama ilə bağlı da hüquqi sənəd mövcuddur. Yəni ABŞ-nin bura iddia etməsi də beynəlxalq hüququn ümumi şəkildə pozulması anlamına gəlir. Mən düşünmürəm ki, ABŞ həmin bölgələri işğal edəcək. Sadəcə olaraq görünür ki, ABŞ daha çox həmin bölgələrdən nəyisə qopartmağa çalışır və bundan sadəcə təhdid siyasəti kimi istifadə edəcək. Çünki bu, mümkün deyil və bu, ümumilikdə bütün beynəlxalq ictimaiyyətin ABŞ-yə qarşı olması anlamına gələ bilər. Eyni zamanda nəzərə alaq ki, ABŞ-nin öz tərkibi də yekcins deyil. ABŞ-də Rusiyadakı kimi avtoritar dövlət quruluşu mövcud deyil ki, digər əraziləri ələ keçirsin. Sadəcə olaraq həmin bölgələrdən daha çox təhlükəsizlik qrantı almaq məqsədi daşıdığını güman etmək olar", - deyə politoloq qeyd etdi.

Türkan İSGƏNDƏRLİ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:257
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Yanvar 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri