Tramp kimlərdən qisas alacaq? Yeni Sabah | Icma.az
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır. 78 yaşlı yeni ABŞ prezidentinin bir çox məşhurlarla ciddi konfliktləri mövcuddur.
Onun prezidentliyi dövründə həmin şəxslərlə ciddi hesablaşması gözlənilir.
Yenisabah.az TVNET-ə istinadla Trampın “gözünün düşməni” olan məşhurları təqdim edir: Mark Zukerberq 2020-ci ildə keçirilən prezident seçkilərindəki məğlubiyyətdən sonra Zukerberqin rəhbəri olduğu META şirkəti Donald Trampın “Facebook” və “Instagram” profillərini bağlamışdı.
Tramp buna cavab olaraq yenidən prezident seçiləcəyi təqdirdə Mark Zukerberqlə hesablaşacağını bildirmişdi.
Volodimir Zelenski Tramp Moskva və Kiev arasında başlayan müharibə ilə bağlı birbaşa olaraq Ukrayna prezidenti Volodimir Zelenskini təqsirləndirir.
Prezidentliyi dövründə onun bu məsələdə rusmeyilli siyasət yürütməsi gözlənilir.
İlhan Omar ABŞ-ın yeni prezidentinin münaqişədə olduğu digər bir şəxs isə Konqresin müsəlman üzvü İlhan Omardır.
2019-cu ildə Ağ Evdə baş tutan tədbirdə Tramp İlhan Omarı “Əl-Qaidə” terror təşkilatını dəstəkləməkdə ittiham edib.
Tam oxu
Xəbəri oxu