Tramp kimlərdən qisas alacaq? Yeni Sabah
Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.
78 yaşlı yeni ABŞ prezidentinin bir çox məşhurlarla ciddi konfliktləri mövcuddur. Onun prezidentliyi dövründə həmin şəxslərlə ciddi hesablaşması gözlənilir.
Yenisabah.az TVNET-ə istinadla Trampın “gözünün düşməni” olan məşhurları təqdim edir:
Mark Zukerberq
2020-ci ildə keçirilən prezident seçkilərindəki məğlubiyyətdən sonra Zukerberqin rəhbəri olduğu META şirkəti Donald Trampın “Facebook” və “Instagram” profillərini bağlamışdı. Tramp buna cavab olaraq yenidən prezident seçiləcəyi təqdirdə Mark Zukerberqlə hesablaşacağını bildirmişdi.
Volodimir Zelenski
Tramp Moskva və Kiev arasında başlayan müharibə ilə bağlı birbaşa olaraq Ukrayna prezidenti Volodimir Zelenskini təqsirləndirir. Prezidentliyi dövründə onun bu məsələdə rusmeyilli siyasət yürütməsi gözlənilir.
İlhan Omar
ABŞ-ın yeni prezidentinin münaqişədə olduğu digər bir şəxs isə Konqresin müsəlman üzvü İlhan Omardır. 2019-cu ildə Ağ Evdə baş tutan tədbirdə Tramp İlhan Omarı “Əl-Qaidə” terror təşkilatını dəstəkləməkdə ittiham edib.
Barak Obama
Seçkilərdə Kamala Harrisi dəstəkləyən keçmiş ABŞ prezidenti Barak Obama Trampın “radarında” olan məşhurlar arasındadır. Yeni prezident Obamanın Kamala Harris üçün dəstək mitinqləri təşkil etməsini “separatçılıq” adlandırması 2 siyasi fiqur arasındakı münasibətli xeyli gərginləşdirib.
Nazim Hacıyev
Baxış sayı:86
Bu xəbər 07 Noyabr 2024 15:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















