Tramp Krım məsələsində ilişdi Konqres icazə verməsə... | Icma.az
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq. ABŞ hökuməti Krımı Rusiya ərazisi olaraq tanıya bilməz.
Bunun üçün Konqresin icazəsi lazımdır. Globalinfo.az xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli bildirib.
Onun sözlərinə görə, Konqresin CAATSA qanununa dəyişiklik etməsi ehtimalı çox azdır: “ABŞ Konqresi tərəfindən 2017-ci ildə ikipartiyalı konsensusla (Senatda 98 səs lehinə, 2 əleyhinə) qəbul olunan CAATSA (Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə) qanunu Krımın, eləcə də Donbas, Abxaziya, Cənubi Osetiya və Dnestryanı regionların Rusiya ərazisi olaraq tanınmasını qadağan edir.
(Stimson doktrinasına uyğun olaraq). Konqresin bu qanuna dəyişiklik etməsi ehtimalı çox azdır, hətta sıfıra yaxındır.
Ona görə də Trampın sülh planının (mediada dərc olunan və təkzib edilməyən) həyata keçməsi üçün ən ideal variant məhz Ukraynanın özünün Krımı Rusiya torpağı kimi rəsmən qəbul etməsi olar(dı).
Bu halda ABŞ-ın, Avropanın və bütün dünyanın da analoji addım atmasının önündə hər hansı əngəl qalmayacaq”.
Politoloq vurğulayıb ki, sülh razılaşması əlbəttə ki, Rusiyaya qarşı sanksiyaların ləğvini də nəzərdə tutmalıdır: “İndiki şəraitdə, sülh olmadan ABŞ-ın birtərəfli qaydada Rusiyaya qarşı sanksiyaları ləğv etməsi asan məsələ deyil.
Tramp öz səlahiyyətlərindən istifadə edərək yalnız icra hakimiyyəti səviyyəsində – prezident sərəncamları ilə tətbiq olunmuş sanksiyaları ləğv edə bilər.
Tam oxu
Xəbəri oxu