Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

Tramp Krım məsələsində ilişdi Konqres icazə verməsə...

Tramp Krım məsələsində ilişdi Konqres icazə verməsə...

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

ABŞ hökuməti Krımı Rusiya ərazisi olaraq tanıya bilməz. Bunun üçün Konqresin icazəsi lazımdır.

Globalinfo.az xəbər verir ki, bu barədə politoloq Şahin Cəfərli bildirib.

Onun sözlərinə görə, Konqresin CAATSA qanununa dəyişiklik etməsi ehtimalı çox azdır:

“ABŞ Konqresi tərəfindən 2017-ci ildə ikipartiyalı konsensusla (Senatda 98 səs lehinə, 2 əleyhinə) qəbul olunan CAATSA (Amerikanın düşmənlərinə qarşı sanksiyalar vasitəsilə mübarizə) qanunu Krımın, eləcə də Donbas, Abxaziya, Cənubi Osetiya və Dnestryanı regionların Rusiya ərazisi olaraq tanınmasını qadağan edir. (Stimson doktrinasına uyğun olaraq). Konqresin bu qanuna dəyişiklik etməsi ehtimalı çox azdır, hətta sıfıra yaxındır. Ona görə də Trampın sülh planının (mediada dərc olunan və təkzib edilməyən) həyata keçməsi üçün ən ideal variant məhz Ukraynanın özünün Krımı Rusiya torpağı kimi rəsmən qəbul etməsi olar(dı). Bu halda ABŞ-ın, Avropanın və bütün dünyanın da analoji addım atmasının önündə hər hansı əngəl qalmayacaq”.

Politoloq vurğulayıb ki, sülh razılaşması əlbəttə ki, Rusiyaya qarşı sanksiyaların ləğvini də nəzərdə tutmalıdır:

“İndiki şəraitdə, sülh olmadan ABŞ-ın birtərəfli qaydada Rusiyaya qarşı sanksiyaları ləğv etməsi asan məsələ deyil. Tramp öz səlahiyyətlərindən istifadə edərək yalnız icra hakimiyyəti səviyyəsində – prezident sərəncamları ilə tətbiq olunmuş sanksiyaları ləğv edə bilər. Lakin bəzi sanksiyalar Konqres tərəfindən qanunlaşdırılıb və prezident bunları ləğv edə bilməz. Bundan başqa, qoca Co kreslonu təhvil verməzdən öncə Rusiyaya qarşı tətbiq etdiyi enerji sanksiyalarını da CAATSA qanunu çərçivəsində kodifikasiya edib və bu sanksiyaların da ləğvi üçün Konqresin icazəsi tələb olunur. Digər tərəfdən, ABŞ-ın birtərəfli qaydada sanksiyaları aradan qaldırması ilə məsələ həll olunmur, Avropa İttifaqı və Böyük Britaniya da eyni addımı atmalıdır ki, problem kompleks şəkildə həllini tapsın. Məsələn, Rusiyanın dondurulmuş 300 milyard dollarlıq vəsaitinin böyük hissəsi Avropada (Belçika depozitariyası başda olmaqla) saxlanılır. Təsadüfi deyil ki, Rusiya ABŞ-la dialoqunda Avropa sanksiyalarının ləğvini də şərt kimi irəli sürüb.

Şahin Cəfərli 

Ş.Cəfərli qeyd edib ki, bu vəziyyətin nəticəsi Ukraynanın qərarından asılıdır:

“Bir sözlə, bu mürəkkəb düyünün çözülməsi üçün Ukraynanın qərarı lazımdır. Məhz bu səbəbdən Tramp administrasiyası Ukraynadan Krımı Rusiyaya güzəştə getməyi tələb edir(di). Lakin Ukrayna Aİ və Britaniyanın da dəstəyi ilə bu tələblə razılaşmadı. İndi Tramp bu müqaviməti görərək iddia edir ki, heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımağı tələb etmir. (Tələb etmirsə, Tramp niyə təkrar Zelenskiyə qəzəblənib, onu anlamaq olmur).

Əslində ABŞ Ukraynaya möhkəm və etibarlı təhlükəsizlik təminatı versə (ya NATO üzvlüyü şəklində, ya da ikitərəfli əsasda), bəlkə də Ukrayna hökuməti və xalqı Rusiyadan biryolluq xilas olaraq avroatlantik məkana qovuşmağın bədəli kimi Krımı verməyə razılaşar. (Finlandiya SSRİ ilə müharibənin yekununda ərazisinin 11%-ni verərək xilas olmuşdu). Lakin Tramp Ukraynaya hər hansı təhlükəsizlik təminatı vermək istəmir, çünki bu, Putinin qırmızı xəttidir. NATO və ABŞ qarantiyası o deməkdir ki, bir daha heç kim Ukraynaya nəinki hücum edə, heç onu təhdid də edə bilməz. (Putin Avropanı ABŞ-sız ciddi güc saymır). Rusiya isə çalışır ki, sülh müqaviləsi imzalandıqdan sonra da öz qılıncını daim Ukraynanın başı üstündə saxlayıb, güclü Ukrayna milli dövlətinin formalaşmasına imkan verməsin”.

“Sülh planı ABŞ tərəfindən həm də o səbəbdən gündəmə gətirildi ki, Putinin Trampın 30 günlük qeyd-şərtsiz atəşkəs təklifini rədd etməsi gerçəyi pərdələnsin və unutdurulsun. Tramp son günlərə qədər bildirirdi ki, biz Rusiya üçün dedlayn müəyyən etmişik və onlar qısa müddətdə təklifə qəti cavab verməlidir, əks halda, yeni sanksiyalar tətbiq olunacaq. Lakin Trampın xüsusi nümayəndəsi Uitkoffun Putinlə apardığı danışıqların nəticəsində atəşkəs mövzusu arxa plana atılaraq problemin qəti həllini nəzərdə tutan sülh planı ortaya çıxdı. Böyük ehtimalla nyu-yorklu əmlakçılar düşünüblər ki, Ukrayna tərəfi planı qəbul etməsə, Rusiyaya qarşı təzyiq kursu seçmək əziyyətinə qatlaşmadan, Zelenskini ittiham edərək sülh prosesindən çəkilmək üçün əllərində əsas olacaq”, – Ş.Cəfərli deyib.

Əliyar Xəlil 

Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Aprel 2025 02:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see636

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see361

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see332

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see252

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see244

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see242

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see227

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see222

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see221

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see211

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see203

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see197

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see195

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see193

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see192

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see188

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see182

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see179

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see171

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri