Tramp Makronla şəxsi yazışmasını paylaşdı: Sənin məqsədini anlaya bilmirəm | Icma.az
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır. ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla yazışmasının bir hissə
Qaynarinfo "Avropa həqiqəti"nə istinadla xəbər verir ki, o, həmin fraqmenti "Truth Social" sosial şəbəkəsində yerləşdirib.
Makronun mesajı Suriya və İranla bağlı ortaq mövqeyin vurğulanması ilə başlayır.
Fraqmentə əsasən, Makron Trampa "Sənin Qrenlandiya ilə bağlı məqsədini anlaya bilmirəm", deyə Tramp yazır.
Makron həmçinin G7 ölkələrinə cümə axşamı Parisdə toplaşmağı və iki dövlət başçısına birlikdə şam yeməyi təklif edir.
"Mən ukraynalıları, danimarkalıları, suriyalıları və rusiyalıları kənarda (iclaslar çərçivəsində) görüşlər üçün dəvət edə bilərəm", deyə Makron yazıb.
ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə söhbətində Qrenlandiyanın Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün vacibliyini vurğulayıb və Davosda müxtəlif tərəflərlə bu mövzuda görüşlərin keçiriləcəyini anons edib.
KİV yazır ki, Tramp avropalıların adadakı hərbi mövcudluğunun ona qarşı təxribat olduğunu ehtimal edib.
Tam oxu
Xəbəri oxu