Tramp Makronla şəxsi yazışmasını paylaşdı: Sənin məqsədini anlaya bilmirəm
Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makronla yazışmasının bir hissəsini paylaşıb.
Qaynarinfo "Avropa həqiqəti"nə istinadla xəbər verir ki, o, həmin fraqmenti "Truth Social" sosial şəbəkəsində yerləşdirib.
Makronun mesajı Suriya və İranla bağlı ortaq mövqeyin vurğulanması ilə başlayır.
Fraqmentə əsasən, Makron Trampa "Sənin Qrenlandiya ilə bağlı məqsədini anlaya bilmirəm", deyə Tramp yazır.
Makron həmçinin G7 ölkələrinə cümə axşamı Parisdə toplaşmağı və iki dövlət başçısına birlikdə şam yeməyi təklif edir.
"Mən ukraynalıları, danimarkalıları, suriyalıları və rusiyalıları kənarda (iclaslar çərçivəsində) görüşlər üçün dəvət edə bilərəm", deyə Makron yazıb.
ABŞ Prezidenti Donald Tramp NATO-nun baş katibi Mark Rütte ilə söhbətində Qrenlandiyanın Birləşmiş Ştatların milli təhlükəsizliyi üçün vacibliyini vurğulayıb və Davosda müxtəlif tərəflərlə bu mövzuda görüşlərin keçiriləcəyini anons edib.
KİV yazır ki, Tramp avropalıların adadakı hərbi mövcudluğunun ona qarşı təxribat olduğunu ehtimal edib.
Eyni zamanda Tramp Avropaya Qrenlandiyaya deyil, Rusiya-Ukrayna müharibəsinə diqqət yetirməyi məsləhət görüb.
Alpər

Baxış sayı:78
Bu xəbər 20 Yanvar 2026 23:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















