Tramp Makronu qəsdən vurdu? Paris Vaşinqton xəttində yeni diplomatik qalmaqal | Icma.az
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makrondan aldığı şəxsi mesajı paylaşmaqla onu bilərəkdən hədəfə alıb.Turkustan.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri öz mənbələrinə və siyasi müşahidələrinə istinadən yazıb.
Nəşrin fikrincə, Trampın Makronun mesajını sosial şəbəkədə yayması sırf təsadüfi addım deyil və məqsəd Fransa liderini nüfuzdan salmaq, onu ictimai şəkildə “xırdalamaq” olub.
"Guardian" qeyd edir ki, Tramp Makronu “alçaltmağı sevən” lider kimi tanınır və bu davranış onun siyasi üslubunun bir hissəsidir.
Musavat.com bildirir ki, "The Guardian"a görə, Makronun Trampı qıcıqlandırmasının əsas səbəblərindən biri Fransa prezidentinin Qəzza ilə bağlı yaradılması planlaşdırılan “Sülh Şurası”na qoşulmaqdan imtina etməsi ola bilər.
Qəzet hesab edir ki, məhz bu rədd cavabı Trampın əsəblərini pozub və nəticədə o, şəxsi diplomatik yazışmanı açıq müstəviyə çıxarmaq qərarına gəlib.
Xatırladaq ki, Tramp daha əvvəl "Truth Social" platformasında Makronun ona göndərdiyi mesajı yayımlayıb.
Mesajda Fransa prezidenti Parisdə G7 formatında görüş keçirməyi təklif edir, eyni zamanda Ukrayna, Danimarka, Suriya və Rusiya nümayəndələrinin də bu görüşə dəvət oluna biləcəyini bildirirdi.
Tam oxu
Xəbəri oxu