Tramp Makronu qəsdən vurdu? Paris Vaşinqton xəttində yeni diplomatik qalmaqal
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makrondan aldığı şəxsi mesajı paylaşmaqla onu bilərəkdən hədəfə alıb.
Turkustan.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri öz mənbələrinə və siyasi müşahidələrinə istinadən yazıb.
Nəşrin fikrincə, Trampın Makronun mesajını sosial şəbəkədə yayması sırf təsadüfi addım deyil və məqsəd Fransa liderini nüfuzdan salmaq, onu ictimai şəkildə “xırdalamaq” olub. "Guardian" qeyd edir ki, Tramp Makronu “alçaltmağı sevən” lider kimi tanınır və bu davranış onun siyasi üslubunun bir hissəsidir.
Musavat.com bildirir ki, "The Guardian"a görə, Makronun Trampı qıcıqlandırmasının əsas səbəblərindən biri Fransa prezidentinin Qəzza ilə bağlı yaradılması planlaşdırılan “Sülh Şurası”na qoşulmaqdan imtina etməsi ola bilər. Qəzet hesab edir ki, məhz bu rədd cavabı Trampın əsəblərini pozub və nəticədə o, şəxsi diplomatik yazışmanı açıq müstəviyə çıxarmaq qərarına gəlib.
Xatırladaq ki, Tramp daha əvvəl "Truth Social" platformasında Makronun ona göndərdiyi mesajı yayımlayıb. Mesajda Fransa prezidenti Parisdə G7 formatında görüş keçirməyi təklif edir, eyni zamanda Ukrayna, Danimarka, Suriya və Rusiya nümayəndələrinin də bu görüşə dəvət oluna biləcəyini bildirirdi. Bu isə Avropa diplomatiyasının qapalı mexanizmlərinin ifşası kimi dəyərləndirilmişdi.
Analitiklərin fikrincə, bu hadisə Tramp–Makron münasibətlərində mövcud olan gərginliyin yeni mərhələyə keçdiyini göstərir. Ekspertlər vurğulayırlar ki, şəxsi yazışmaların ictimailəşdirilməsi ABŞ–Avropa münasibətlərində etimad böhranını daha da dərinləşdirə və gələcək diplomatik təmaslara mənfi təsir göstərə bilər.
"The Guardian" yazır ki, Trampın bu addımı həm də digər Avropa liderlərinə mesaj xarakteri daşıyır: Vaşinqtonla açıq fikir ayrılığı şəxsi səviyyədə belə cavabsız qalmaya bilər. /Musavat.com/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 21 Yanvar 2026 13:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















