Tramp məlum paylaşımı ilə Netanyahunu hədəf almayıb ŞƏRH | Icma.az
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Netanyahuya ağır söyüşlərlə təhqir edilmiş bir videonu öz sosial media hesabında paylaşıb.
Paylaşımda məşhur amerikalı iqtisadçı Cefri Saks Vaşinqtonun xarici siyasəti, Yaxın Şərqə müdaxilələri və bunda Netanyahunun rolu ilə bağlı sərt açıqlamalar verib.
Həmçinin videoda Netanyahu ağır təhqir edilib.Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi elm və beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz bildirib ki, Trampın sosial media hesabında Netanyahu haqqında yayımladığı videonun İsrail liderinə göndərilmiş bir mesaj olduğu müşahidə edilir."Çünki Tramp və Netanyahunun münasibətləri enişli-çıxışlı olub.
İsrail liderinin Birləşmiş Ştatları Orta Şərq münaqişələrinə daha çox cəlb etməyə çalışması və Çinlə yaxın əlaqələri Vaşinqtonda narahatlıqlara səbəb olub.
Xatırladaq ki, Hayfa Limanının Çin tərəfindən icarəyə götürülməsi, Amerikanın strateji maraqlarını təhdid etdiyi üçün zamanında tərəflər arasında gərginliklər yaranıb.
Bu hadisənin nəticəsində Netanyahunun Birləşmiş Ştatlarla olan münasibətlərində ciddi böhran meydana gəlib.
Amerikadakı yəhudi əhalisinin sayı və təsiri ilə bağlı müzakirələr, İsrailin ABŞ ilə olan əlaqələrinin başa düşülməsi baxımından vacibdir.
Tam oxu
Xəbəri oxu