Icma.az
close
up
RU
Tramp məlum paylaşımı ilə Netanyahunu hədəf almayıb ŞƏRH

Tramp məlum paylaşımı ilə Netanyahunu hədəf almayıb ŞƏRH

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

 ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Netanyahuya ağır söyüşlərlə təhqir edilmiş bir videonu öz sosial media hesabında paylaşıb. 

Paylaşımda məşhur amerikalı iqtisadçı Cefri Saks Vaşinqtonun xarici siyasəti, Yaxın Şərqə müdaxilələri və bunda Netanyahunun rolu ilə bağlı sərt açıqlamalar verib. Həmçinin videoda Netanyahu ağır təhqir edilib.



Mövzu ilə bağlı "Sherg.az"a danışan siyasi elm və beynəlxalq əlaqələr üzrə türkiyəli mütəxəssis İsmail Cingöz bildirib ki, Trampın sosial media hesabında Netanyahu haqqında yayımladığı videonun İsrail liderinə göndərilmiş bir mesaj olduğu müşahidə edilir.

"Çünki Tramp və Netanyahunun münasibətləri enişli-çıxışlı olub. İsrail liderinin Birləşmiş Ştatları Orta Şərq münaqişələrinə daha çox cəlb etməyə çalışması və Çinlə yaxın əlaqələri  Vaşinqtonda narahatlıqlara səbəb olub. Xatırladaq ki, Hayfa Limanının Çin tərəfindən icarəyə götürülməsi, Amerikanın strateji maraqlarını təhdid etdiyi üçün zamanında tərəflər arasında gərginliklər yaranıb. Bu hadisənin nəticəsində Netanyahunun Birləşmiş Ştatlarla olan münasibətlərində ciddi böhran meydana gəlib. Amerikadakı yəhudi əhalisinin sayı və təsiri ilə bağlı müzakirələr, İsrailin ABŞ ilə olan əlaqələrinin başa düşülməsi baxımından vacibdir. Netanyahunun ABŞ-ı öz maraqlarına uyğun yönləndirməyə çalışdığına dair iddialar, yəhudi əhalisinin siyasi və iqtisadi gücü ilə əlaqələndirilir. Lakin bu iddialar adətən konspirasiyaya dair nəzəriyyələr hesab edilir. ABŞ-da daxili siyasətə dair bu cür iddialar, çox vaxt güc əlaqələri üzərindən qurulan mülahizələrdir. Lakin Amerikanın prezidentlik sistemi və demokratik quruluşu, prezidentlərə öz siyasi iradələrini və siyasət yönlərini müəyyən etməyə imkan verir. ABŞ-ın strateji hədəfləri və xarici əlaqələri isə geniş perspektivdən formalaşır. Amerikanın daxili iqtisadi vəziyyəti ilə xarici siyasət arasındakı əlaqə tez-tez müzakirə edilir. Xüsusilə, bu dövlətin beynəlxalq rolu, İsraili dəstəkləməsi və onun maliyyə yükü amerikalılar arasında tənqidlərə səbəb olub. Zəngin ştatlar, daha kasıb ştatların maliyyə dəstək yükünü daşımaqdan yorulub və bu, daxili siyasət müzakirələrində tez-tez gündəmə gəlir".

Ekspert əlavə edib ki, Donald Trampın ikinci dövrü ilə bağlı açıqlamaları, İsrail ilə olan əlaqələrdə yeni bir dövr başlatmaq arzusunu əks etdirir, amma Amerikanın İsraili strateji dəstəkləməsinin davam edəcəyi fikri geniş yayılıb:

"Bəzi analitiklər hesab edir ki, daxili iqtisadi problemlər və xalqın sıxıntıları Birləşmiş Ştatları xarici siyasətdə daha ehtiyatlı addımlar atmağa vadar edə bilər. Trampın xarici siyasət yanaşması, xüsusilə Amerikanın qlobal rolu və resurs istifadəsi ilə bağlı fərqli bir perspektiv təqdim edir. Tramp, ABŞ-ın müharibələrdən çəkinməsi və xarici siyasət xərclərinin daxili iqtisadiyyata zərər verməməsi fikrini müdafiə edir. Lakin silah lobbiləri və hərbi sənaye kimi güclü aktorlar müharibəyə dəstək versə, Trampı ifadələri ilə ziddiyyətli şəkildə görə bilərik".


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev isə güman edir ki, Tramp məlum paylaşımı ilə Netanyahunu hədəf almayıb:

"Ola bilsin ki, Tramp bu məsələ ilə bağlı nələrsə paylaşıb. Ancaq nəzərə almalıyıq ki, o, Cefri Saksı sevmir, çünki ümumiyyətlə liberal və solçulara nifrət edir. Tramp bu video ilə, Netanyahuya hücumlar olduğuna da işarə edə bilər. Lakin burada Trampın İsrailə qarşı addım atdığını düşünmürəm".

Yusif Sultanoğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Yanvar 2025 18:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri