Tramp miqrantların saxlanma mərkəzləri şəbəkəsini genişləndirmək istəyir Media | Icma.az
Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp miqrantların vətənlərinə deportasiya edilməzdən əvvəl göndərildiyi təcridxanalar şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir.
Bizimyol.info xəbər verir ki, bu barədə mənbələrə istinadən "NBC News" məlumat yayıb.
Onların sözlərinə görə, Trampın keçid komandasının nümayəndələri respublikaçının vəd etdiyi kütləvi deportasiya planının həyata keçirilməsi şəraitinin təmin edilməsi üçün artıq özəl həbsxana şirkətləri ilə danışıqlar aparır.
Xüsusilə, qeyri-qanuni miqrantların deportasiyadan əvvəl ABŞ-da həbs olunduqdan sonra onların saxlanması üçün yerlərin sayının iki dəfə artırılması planlaşdırılır.
İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) hazırda həbsxanalarda 41,000 miqrant saxlayır.
Kanalın həmsöhbətləri qeyd ediblər ki, qeyri-qanuni yolla gələn xeyli sayda əcnəbinin olduğu şəhərlərin yaxınlığında, yəni Denver, Los-Anceles, Mayami və Çikaqoda yeni müvəqqəti saxlama mərkəzlərinin açılması planlaşdırılır.
ABŞ-ın yeni rəhbərliyi həmçinin Nyu York, Filadelfiya və Vaşinqton ərazilərində həbs edilmiş miqrantların yerləşdirilməsi üçün mövcud mərkəzlərin imkanlarını artıra və ya şimal-şərqdə yeni obyektlər tikə bilər.
Tam oxu
Xəbəri oxu