Icma.az
close
up
RU
Tramp miqrantların saxlanma mərkəzləri şəbəkəsini genişləndirmək istəyir Media

Tramp miqrantların saxlanma mərkəzləri şəbəkəsini genişləndirmək istəyir Media

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp miqrantların vətənlərinə deportasiya edilməzdən əvvəl göndərildiyi təcridxanalar şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirmək niyyətindədir.

Bizimyol.info xəbər verir ki, bu barədə mənbələrə istinadən "NBC News" məlumat yayıb.

Onların sözlərinə görə, Trampın keçid komandasının nümayəndələri respublikaçının vəd etdiyi kütləvi deportasiya planının həyata keçirilməsi şəraitinin təmin edilməsi üçün artıq özəl həbsxana şirkətləri ilə danışıqlar aparır. Xüsusilə, qeyri-qanuni miqrantların deportasiyadan əvvəl ABŞ-da həbs olunduqdan sonra onların saxlanması üçün yerlərin sayının iki dəfə artırılması planlaşdırılır. İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) hazırda həbsxanalarda 41,000 miqrant saxlayır.

Kanalın həmsöhbətləri qeyd ediblər ki, qeyri-qanuni yolla gələn xeyli sayda əcnəbinin olduğu şəhərlərin yaxınlığında, yəni Denver, Los-Anceles, Mayami və Çikaqoda yeni müvəqqəti saxlama mərkəzlərinin açılması planlaşdırılır. ABŞ-ın yeni rəhbərliyi həmçinin Nyu York, Filadelfiya və Vaşinqton ərazilərində həbs edilmiş miqrantların yerləşdirilməsi üçün mövcud mərkəzlərin imkanlarını artıra və ya şimal-şərqdə yeni obyektlər tikə bilər.

Əvvəllər Tramp dəfələrlə ictimai çıxışlarında bildirib ki, inauqurasiyadan sonra Amerika tarixində qeyri-qanuni miqrantların deportasiyası üzrə ən böyük əməliyyatı həyata keçirmək niyyətindədir. Miqrasiya böhranı ABŞ-da seçki kampaniyasının əsas problemlərindən birinə çevrilib. Respublikaçılar faktiki olaraq onun kəskin artmasına görə demokratları günahlandırırlar.

Noyabrın 5-də keçirilən seçkilərdə Tramp Demokratların nümayəndəsi Kamala Harrisi məğlub edib. Bundan əlavə, respublikaçılar ABŞ Senatına nəzarəti ələ keçirə biliblər. Onlar Nümayəndələr Palatasında da çoxluq əldə edə bilərdilər. Trampın andiçmə mərasimi 2025-ci il yanvarın 20-də keçiriləcək.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 13 Noyabr 2024 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri