Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiya Prezidenti Vladimir Putin, ABŞ-nin təklif etdiyi 30 günlük atəşkəs planını prinsipcə dəstəklədiyini, lakin bu planın həyata keçirilməsi üçün bir sıra şərtlərin yerinə yetirilməsinin vacib olduğunu bildirib.
Putin, atəşkəsin yalnız münaqişənin əsas səbəblərinin aradan qaldırılması və uzunmüddətli sülhə gətirib çıxaracağı təqdirdə mümkün olduğunu vurğulayıb .
Belə olan halda nə baş verməlidir ki, tərəflər atəşkəsə razı olsun?
Sfera.az-a bu barədə açıqlama verən politoloq Natiq Miri bunun Vladimir Putinin bir siyasi manevri olduğunu deyib.
Politoloq bildirib ki, o, müharibəni dayandırmaq niyyətində deyil: “Sadəcə olaraq, ABŞ və onun Prezidenti Donald Trampı qıcıqlandırmamaq üçün prosesi manipulyasiya edir.
Əvvəlcə İstanbulda heç bir şərt irəli sürmədən birbaşa Ukrayna-Rusiya danışıqlarının mümkünlüyü gündəmə gətirildi.
Lakin daha sonra Zelenskinin təşəbbüsü ilə iki dövlət başçısının görüşü təxirə salındı.