Icma.az
close
up
RU
Tramp müharibəni başqa güclərə ötürmək istəyir ŞƏRH

Tramp müharibəni başqa güclərə ötürmək istəyir ŞƏRH

Icma.az, Sfera.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiya Prezidenti Vladimir Putin, ABŞ-nin təklif etdiyi 30 günlük atəşkəs planını prinsipcə dəstəklədiyini, lakin bu planın həyata keçirilməsi üçün bir sıra şərtlərin yerinə yetirilməsinin vacib olduğunu bildirib. Putin, atəşkəsin yalnız münaqişənin əsas səbəblərinin aradan qaldırılması və uzunmüddətli sülhə gətirib çıxaracağı təqdirdə mümkün olduğunu vurğulayıb .

Belə olan halda nə baş verməlidir ki, tərəflər atəşkəsə razı olsun?

Sfera.az-a bu barədə açıqlama verən politoloq Natiq Miri bunun Vladimir Putinin bir siyasi manevri olduğunu deyib. 

Politoloq bildirib ki, o, müharibəni dayandırmaq niyyətində deyil:

“Sadəcə olaraq, ABŞ və onun Prezidenti Donald Trampı qıcıqlandırmamaq üçün prosesi manipulyasiya edir. Əvvəlcə İstanbulda heç bir şərt irəli sürmədən birbaşa Ukrayna-Rusiya danışıqlarının mümkünlüyü gündəmə gətirildi. Lakin daha sonra Zelenskinin təşəbbüsü ilə iki dövlət başçısının görüşü təxirə salındı. Bu müddət ərzində aparılan danışıqlardan heç bir real nəticə əldə olunmadı. Əksinə, Rusiya tərəfi yenidən maksimalist tələblər irəli sürdü və Ukraynanı təhdid edərək təzyiqləri artırdı.


Hətta Rusiya və ABŞ prezidentləri arasında baş tutan telefon danışığı zamanı belə, Kremlin atəşkəs və müharibəyə son qoymaqla bağlı konkret niyyətinin olmadığı açıq şəkildə hiss olunurdu”.

Müsahibimiz bu səbəbdən Donald Tramp da prosesin dalana dirəndiyini anlayaraq məsələni başqa platformalara yönəltməyə çalışdığını qeyd edib:

“Bir tərəfdən Papanın vasitəçiliyindən söz açır, digər tərəfdən isə məsuliyyəti Avropa İttifaqının üzərinə qoymağa cəhd edir. Bu yanaşma da Trampın yaxın gələcəkdə sülhün əldə olunacağına inanmadığını, sadəcə bunu açıq şəkildə bəyan etmək istəmədiyini göstərir. ABŞ prosesdən uzaqlaşaraq məsuliyyəti digər geosiyasi güclərə ötürmək niyyətindədir. Qeyd etmək lazımdır ki, Vladimir Putinin hakimiyyətdə qalmasının və mövcudluğunu qorumağının əsas səbəbi məhz müharibədir. Xüsusilə də yay əməliyyatları yekunlaşmadan və Rusiya ordusu hərbi üstünlük, yeni işğallar şəklində konkret nəticələr əldə etmədən, Putin sülhə razılıq verməyəcək. Baxmayaraq ki, Rusiyanın iqtisadi imkanları bu müharibəni uzunmüddətli şəkildə davam etdirməyə kifayət etmir, yenə də ən azı qış mövsümünə qədər Kremlin resursları bu gedişatı saxlamağa imkan verir. Bu səbəbdən də yay əməliyyatlarının payıza qədər uzadılması və daha çox ərazi qazanmaq Putinin əsas məqsədidir”.

N.Miri vurğulayıb ki, bu baxımdan, yaxın gələcəkdə tərəflərin bir-birinə memorandum layihələri təqdim etməsi, danışıqların aparılması və atəşkəsin əldə olunması barədə səsləndirilən fikirlər, əslində, zaman qazanmaq üçün ortaya atılmış illüziyalardır:

“ABŞ rəhbərliyi də artıq bu gedişləri dərk edib. Ona görə də müharibənin tezliklə başa çatacağını düşünənlər yanılırlar. Bu, sadəlövh arzudan başqa bir şey deyil. Müharibənin bitməsi üçün Rusiya tam şəkildə gücdən düşməli, həm hərbi, həm də iqtisadi baxımdan tükənməlidir. Hazırda isə belə bir vəziyyət yoxdur. Moskvanın hələ də müəyyən qədər resursları mövcuddur. Bu da o deməkdir ki, müharibə hələ bir müddət davam edəcək".

O bildirib ki, son Ukrayna-Rusiya danışıqlarında yəni İstanbul görüşündə Rusiya nümayəndə heyəti 21 il davam etmiş Şimal müharibəsindən bəhs edib:

“Həmin münaqişə yalnız 1721-ci ildə imzalanmış Niştad sülhü ilə başa çatmışdı. Bu mesajla Rusiya bu qarşıdurmanın uzun illər davam edə biləcəyini ifadə edərək, Ukraynanı dolayısı ilə qorxutmağa çalışır. Bu reallıq fonunda sülhdən danışmaq hələlik əsassız görünür. Ən azından yaxın aylarda, yəni qışa qədər bu müharibənin davam edəcəyini düşünürəm”.

Fidan Hacızadə
Sfera.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://sfera.az
archiveBu xəbər 20 May 2025 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see469

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see353

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see296

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see284

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see253

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see250

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see246

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see240

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see230

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see226

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see225

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see221

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see216

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see207

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see207

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see204

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see196

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see195

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see192

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri