Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Rusiya Qərbin diqqətini yayındırmaqdan faydalanır, Avropa isə yeni təhlükəsizlik formatlarını nəzərdən keçirir..." ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarət iddiaları Alyans daxilində ciddi fikir ayrılığına səbəb olub.
Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.
Nəşr yazır ki, Trampın planları NATO ölkələri arasında gərginliyi artırmaqla yanaşı, Rusiyanın maraqlarına xidmət edir.
Analitiklər bildirir ki, bu vəziyyət Vladimir Putinin uzun illərdir çalışdığı əsas məqsədə - Alyansın daxildən zəiflədilməsinə real imkanlar açır.
Qərb paytaxtlarında getdikcə daha açıq şəkildə etiraf olunur ki, Qrenlandiya ətrafında yaranmış böhran beynəlxalq hüquq normalarını sarsıdır və Ukrayna müharibəsi fonunda Moskvanı daha da ruhlandıra bilər.
Moskvanın mövqeyi hesablanmış və ikili siyasətdir Rusiya XİN rəhbəri Sergey Lavrov Trampın iddialarını tənqid etmədən, Qrenlandiyanı Krımın ilhaqı ilə müqayisə edərək istehza ilə şərh edib.
Kremlə yaxın politoloqlar Vaşinqton və Brüssel arasında artan ziddiyyətləri NATO üçün "ilk xəbərdarlıq zəngi" adlandırır.