“Tramp NATO da parçalanma yaradır: Kreml sevinir, Avropa “B planı“ hazırlayır“ “The Wall Street Journal“
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Rusiya Qərbin diqqətini yayındırmaqdan faydalanır, Avropa isə yeni təhlükəsizlik formatlarını nəzərdən keçirir..."
ABŞ prezidenti Donald Trampın Qrenlandiya üzərində nəzarət iddiaları Alyans daxilində ciddi fikir ayrılığına səbəb olub.
Moderator.az xəbər verir ki, bu barədə "wsj.com" nəşri yazıb.
Nəşr yazır ki, Trampın planları NATO ölkələri arasında gərginliyi artırmaqla yanaşı, Rusiyanın maraqlarına xidmət edir. Analitiklər bildirir ki, bu vəziyyət Vladimir Putinin uzun illərdir çalışdığı əsas məqsədə - Alyansın daxildən zəiflədilməsinə real imkanlar açır. Qərb paytaxtlarında getdikcə daha açıq şəkildə etiraf olunur ki, Qrenlandiya ətrafında yaranmış böhran beynəlxalq hüquq normalarını sarsıdır və Ukrayna müharibəsi fonunda Moskvanı daha da ruhlandıra bilər.
Moskvanın mövqeyi hesablanmış və ikili siyasətdir
Rusiya XİN rəhbəri Sergey Lavrov Trampın iddialarını tənqid etmədən, Qrenlandiyanı Krımın ilhaqı ilə müqayisə edərək istehza ilə şərh edib. Kremlə yaxın politoloqlar Vaşinqton və Brüssel arasında artan ziddiyyətləri NATO üçün "ilk xəbərdarlıq zəngi" adlandırır. Onların fikrincə, Qrenlandiya böhranı Qərbin diqqətini Ukraynadan yayındırır, Avropada ABŞ-a etimadı zəiflədir və Alyansın strateji birliyini sual altına qoyur. Kreml üçün bu, aktiv addım atmadan Qərbin öz daxilində parçalanmasını izləmək imkanıdır.
Avropada narahatlıq açıq siyasi müzakirə mövzusuna çevrilib
"Politico yazır ki, bir sıra Avropa ölkələri ABŞ-dan asılılığı azaltmaq və Ukraynanın iştirakı ilə yeni təhlükəsizlik formatları yaratmaq ehtimalını ciddi şəkildə nəzərdən keçirir. Qrenlandiya böhranı Avropa liderlərini ABŞ-sız ssenariləri planlamağa vadar edib. Brüsseldə hesab edirlər ki, Trampın təhdidləri yalnız Qrenlandiya ilə bağlı deyil, bu, NATO-nun gələcəyi və Qərbin strateji birliyi üçün həlledici sınağa çevrilib.
Yeni Avropa yanaşması formalaşır
"İstəklilər koalisiyası" adlı format vasitəsilə Avropa ölkələri ABŞ-sız Ukraynaya dəstək vermək, bir-birinə güvənərək hərəkət etmək imkanını genişləndirir. "Politico" yazır ki, Böyük Britaniya, Fransa, Almaniya, Finlandiya və İtaliya liderləri arasında yaradılmış sıx əlaqələr və "Washington Group" adlı qeyri-rəsmi ünsiyyət şəbəkəsi Qərbin birliyini qorumağa yönəlmiş koordinasiyanı sürətləndirir.
Nəticə etibarilə, Qrenlandiya böhranı həm Rusiyaya üstünlük, həm də Avropada ABŞ-sız təhlükəsizlik strategiyasının ciddi müzakirəsi üçün fürsət yaradıb. Analitiklər hesab edir ki, bu gərginlik yaxın illərdə NATO-nun strukturunda dəyişikliklərə və Avropanın strateji müstəqilliyinə təkan verə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 21 Yanvar 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















