Tramp: “NATO nu dolandırmaq fikrində deyilik” | Icma.az
Azvision saytından alınan məlumata görə, Icma.az bildirir. AzVision.az “Reuters” agentliyinə sitinadən xəbər verir ki, Ağ Evin rəhbəri Birlə
Donald Trampın sözlərinə görə, onun özü şəxsən NATO üçün hamıdan çox iş görüb.
Amerika lideri birinci və ikinci prezidentliyi dövründə blokun müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verdiyini iddia edib.
ABŞ prezidenti, eyni zamanda, avropalı müttəfiqlərin etibarlılığına şübhə ilə yanaşdığını bildirib.
“NATO ilə bağlı ən böyük qorxum odur ki, biz alyansa çoxlu pul xərcləyirik və onların köməyinə gələcəyimizi bilirəm, lakin onların bizim köməyimizə gələcəyinə həqiqətən şübhə edirəm”, - Donald Tramp deyib.
Bloka üzv ölkələrin maliyyə öhdəliklərinin kökündən yenidən qurulmasının zəruriliyinə eyham vuran Amerika lideri NATO-nun ABŞ ilə “ədalətli davranmalı” olduğunu söyləyib.
Qeyd edək ki, Donald Trampın sərt ritorikası NATO-nun əsas üzvlərindən biri olan Danimarka ilə diplomatik münaqişənin kəskinləşməsi fonunda səslənir.
Onun milli təhlükəsizlik prioriteti adlandırdığı Qrenlandiya üzərində ABŞ-nin nəzarətini bərqərar etmək ambisiyaları Kopenhagen və digər Avropa paytaxtlarında kəskin reaksiyaya səbəb olub.
Tam oxu
Xəbəri oxu