Icma.az
close
up
RU
Tramp: “NATO nu dolandırmaq fikrində deyilik”

Tramp: “NATO nu dolandırmaq fikrində deyilik”

Azvision saytından alınan məlumata görə, Icma.az bildirir.

AzVision.az “Reuters” agentliyinə sitinadən xəbər verir ki, Ağ Evin rəhbəri Birləşmiş Ştatların uzun müddətdir Şimali Atlantika Alyansı daxilində ədalətsiz maliyyə yükü daşıdığını diqqətə çatdırıb.
Donald Trampın sözlərinə görə, onun özü şəxsən NATO üçün hamıdan çox iş görüb. Amerika lideri birinci və ikinci prezidentliyi dövründə blokun müdafiə qabiliyyətinin gücləndirilməsinə töhfə verdiyini iddia edib.
ABŞ prezidenti, eyni zamanda, avropalı müttəfiqlərin etibarlılığına şübhə ilə yanaşdığını bildirib.
“NATO ilə bağlı ən böyük qorxum odur ki, biz alyansa çoxlu pul xərcləyirik və onların köməyinə gələcəyimizi bilirəm, lakin onların bizim köməyimizə gələcəyinə həqiqətən şübhə edirəm”, - Donald Tramp deyib.
Bloka üzv ölkələrin maliyyə öhdəliklərinin kökündən yenidən qurulmasının zəruriliyinə eyham vuran Amerika lideri NATO-nun ABŞ ilə “ədalətli davranmalı” olduğunu söyləyib.
Qeyd edək ki, Donald Trampın sərt ritorikası NATO-nun əsas üzvlərindən biri olan Danimarka ilə diplomatik münaqişənin kəskinləşməsi fonunda səslənir. Onun milli təhlükəsizlik prioriteti adlandırdığı Qrenlandiya üzərində ABŞ-nin nəzarətini bərqərar etmək ambisiyaları Kopenhagen və digər Avropa paytaxtlarında kəskin reaksiyaya səbəb olub.
Bu arada, bir neçə yüksək vəzifəli amerikalı məmurlara istinad edən “The Washington Post (WP)” nəşri ABŞ-nin NATO-nun bir sıra məsləhət qruplarında iştirakını azaltmağı planlaşdırdığını yazıb.
- Gözlənilən dəyişikliklər təqribən 200 hərbi qulluqçuya təsir edəcək və ilk növbədə Alyansın qüvvələrini müharibənin müxtəlif aspektlərini öyrədən 30 NATO Mükəmməllik Mərkəzində ABŞ-nin iştirakını azaldacaq. Bu qurumlardan birdəfəlik çıxmaq əvəzinə, Pentaqon kadrların ezamiyyəti başa çatdıqdan sonra sadəcə onları dəyişdirməməyi planlaşdırır ki, bu proses də illər çəkə bilər”, - adlarının çakilməsini istəməyən mənbələr qəzetə deyiblər.

Bununla belə, ABŞ-nin sözügedən mərkəzlərin işində iştirakı tamamilə dayandırılmayacaq. İxtisarlar xüsusilə Alyansın enerji təhlükəsizliyi və dəniz əməliyyatları ilə məşğul olan məsləhət orqanlarına təsir edəcək.
ABŞ, həmçinin xüsusi əməliyyatlar və kəşfiyyatla bağlı NATO-nun rəsmi strukturlarında iştirakını azaldacaq, Amerikanın bəzi funksiyaları alyans daxilində yenidən bölüşdürüləcək və bu, nəticələrin miqyasını məhdudlaşdıracaq.
İki amerikalı məmurun sözlərinə görə, qərar aylardır ki, nəzərdən keçirilirdi və bunun Trampın Qrenlandiyanı tutmaqla bağlı artan təhdidləri ilə əlaqəsi yoxdur.
NATO-nun təmsilçisi, öz növbəsində, “ABŞ-nin hərbi mövcudluğuna və şəxsi heyət qərarlarına düzəlişlərin qeyri-adi olmadığını” vurğulayaraq, qüvvələrin ümumi yerləşdirilməsi ilə bağlı alyansın Vaşinqtonla “sıx təmasda” olduğunu söyləyib.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://azvision.az
archiveBu xəbər 21 Yanvar 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see377

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see280

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see228

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see225

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see217

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see210

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see207

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see205

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see205

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see200

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see195

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see195

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see190

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see189

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see187

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see184

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see177

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see171

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see170

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri