Tramp neftin ucuzlaşacağı vaxtı açıqladı

08.09.2026

Icma.az, Modern.az saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla münaqişə başa çatdıqdan sonra neft və yanacağın qiyməti kəskin ucuzlaşacaq.

Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“İranla müharibədə qalib gəldikdən sonra neftin qiyməti kəskin şəkildə düşəcək. Bir qallonu 3 dollar, nəticədə isə 2 dollardan da aşağı olacaq”, – deyə ABŞ Prezidenti yazıb.

Tramp qiymətlərin çox sürətlə aşağı düşəcəyini vurğulayıb. Onun sözlərinə görə, İranla münaqişənin başa çatması enerji bazarına ciddi təsir göstərəcək.

ABŞ Prezidenti bir daha bəyan edib ki, İranın heç vaxt nüvə silahına sahib olmasına imkan verilməyəcək.

Qeyd edək ki, Trampın açıqlaması dünya neft bazarında qiymətlərin yüksək olaraq qaldığı bir vaxtda səslənib. Hazırda Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazında yaranan gərginlik enerji təchizatı ilə bağlı narahatlıqları artırır. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью