Tramp neftin ucuzlaşacağı vaxtı açıqladı
Icma.az, Modern.az saytına istinadən bildirir.
ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranla münaqişə başa çatdıqdan sonra neft və yanacağın qiyməti kəskin ucuzlaşacaq.
Modern.az xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“İranla müharibədə qalib gəldikdən sonra neftin qiyməti kəskin şəkildə düşəcək. Bir qallonu 3 dollar, nəticədə isə 2 dollardan da aşağı olacaq”, – deyə ABŞ Prezidenti yazıb.
Tramp qiymətlərin çox sürətlə aşağı düşəcəyini vurğulayıb. Onun sözlərinə görə, İranla münaqişənin başa çatması enerji bazarına ciddi təsir göstərəcək.
ABŞ Prezidenti bir daha bəyan edib ki, İranın heç vaxt nüvə silahına sahib olmasına imkan verilməyəcək.
Qeyd edək ki, Trampın açıqlaması dünya neft bazarında qiymətlərin yüksək olaraq qaldığı bir vaxtda səslənib. Hazırda Yaxın Şərqdəki münaqişə və Hörmüz boğazında yaranan gərginlik enerji təchizatı ilə bağlı narahatlıqları artırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 08 Sentyabr 2026 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















