Tramp ölkəni tərk etmək istəyənlərə pul və bilet təklif edir

16.04.2025

Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.


ABŞ prezidenti Donald Tramp ölkəni könüllü tərk etməyi planlaşdıran qeyri-qanuni mühacirlərə pul və təyyarə bileti vermək istədiklərini bildirib.
Reyting.az
-ın məlumatına görə, Amerikanın "Fox News” kanalının "Noticias" proqramına danışan Tramp immiqrasiya siyasəti ilə bağlı qiymətləndirmələr edib.
Tramp hazırda ölkədən “pis” immiqrantları deportasiya etdiklərini deyib və ölkəni tərk etmək istəyən qeyri-qanuni immiqrantlar üçün proqram üzərində çalışdıqlarını açıqlayıb.
ABŞ-ı könüllü olaraq tərk edəcək qeyri-qanuni mühacirlərə pul və təyyarə bileti vermək istədiklərini söyləyən Tramp deyib:
“Əgər yaxşıdırlarsa və geri qayıtmalarını istəyiriksə, onları mümkün qədər tez geri qaytarmaq üçün birlikdə çalışacağıq”.
E. KAMAL
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью