Tramp ölkəni tərk etmək istəyənlərə pul və bilet təklif edir
Icma.az bildirir, Reyting.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp ölkəni könüllü tərk etməyi planlaşdıran qeyri-qanuni mühacirlərə pul və təyyarə bileti vermək istədiklərini bildirib.
Reyting.az-ın məlumatına görə, Amerikanın "Fox News” kanalının "Noticias" proqramına danışan Tramp immiqrasiya siyasəti ilə bağlı qiymətləndirmələr edib.
Tramp hazırda ölkədən “pis” immiqrantları deportasiya etdiklərini deyib və ölkəni tərk etmək istəyən qeyri-qanuni immiqrantlar üçün proqram üzərində çalışdıqlarını açıqlayıb.
ABŞ-ı könüllü olaraq tərk edəcək qeyri-qanuni mühacirlərə pul və təyyarə bileti vermək istədiklərini söyləyən Tramp deyib:
“Əgər yaxşıdırlarsa və geri qayıtmalarını istəyiriksə, onları mümkün qədər tez geri qaytarmaq üçün birlikdə çalışacağıq”.
E. KAMAL
Baxış sayı:94
Bu xəbər 16 Aprel 2025 10:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















