Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır. Çində keçirilən nəhəng parad dünyada gərginliyin hökm sürdüyü bir şəraitdə baş verdi v
Çin lideri zamanı düzgün qiymətləndirdi. Donald Trampın yanlış xarici siyasəti ABŞ -nin böyük və etibarlı qlobal güc nüfuzunu darmadağın etd
İkinci Dünya müharibəsindən sonra Birləşmiş Ştatların dünya siyasətində oynadığı rol dünya düzənini 80 il sabit saxlayırdı.
Ukrayna torpaqlarını işğal etməklə dünya nizamını pozan Rusiyanı cəzalandırmaq əvəzinə, Tramp zənn edirdi ki, onun liderinin ayağına qırmızı xalılar sərib qarşılamaqla, Ukraynaya yalnız pul müqabilində silah verməklə Rusiya Çindən üz döndərib Amerikanın qucağına düşəcək, Çin təklənəcək.
Proseslərə yalnız biznes prinsipləri ilə yanaşan Donald Tramp Rusiya və Çinin mahiyyətini düzgün qiymətləndirə bilmədi və hiss olunur ki, bu istiqamətdə onu yanlış yoldan çəkindirəcək düzgün informasiyalar da təqdim olunmayıb.
Çini yalnız iqtisadi baxımdan rəqib kimi görən və tarif “müharibəsi” ilə Çinə, Hindistana və başqalarına da qalib gələcəyini düşünən Tramp siyasətinə Pekin paradında son qoyuldu.
Çinin paradda təqdim etdiyi silahların gücündən bəhs etməyə ehtiyac yoxdur, hər şey göz önündədi.
Bu silahlarla yalnız rəqibin deyil, planetin sonunu gətirmək mümkündür.