Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Tramp öz ayağına sıxdığı güllənin ağrısını çəkəcək Top Donalda tərəf atılıb

Tramp öz ayağına sıxdığı güllənin ağrısını çəkəcək Top Donalda tərəf atılıb

Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.

Çində keçirilən nəhəng parad dünyada gərginliyin hökm sürdüyü bir şəraitdə baş verdi və demək olar ki, mövcud ağır, mürəkkəb vəziyyəti pik həddinə çatdırdı. Çin lideri zamanı düzgün qiymətləndirdi. Donald Trampın yanlış xarici siyasəti ABŞ -nin böyük və etibarlı qlobal güc nüfuzunu darmadağın etdi.

İkinci Dünya müharibəsindən sonra Birləşmiş Ştatların dünya siyasətində oynadığı rol dünya düzənini 80 il sabit saxlayırdı. Ukrayna torpaqlarını işğal etməklə dünya nizamını pozan Rusiyanı cəzalandırmaq əvəzinə, Tramp zənn edirdi ki, onun liderinin ayağına qırmızı xalılar sərib qarşılamaqla, Ukraynaya yalnız pul müqabilində silah verməklə Rusiya Çindən üz döndərib Amerikanın qucağına düşəcək, Çin təklənəcək. Proseslərə yalnız biznes prinsipləri ilə yanaşan Donald Tramp Rusiya və Çinin mahiyyətini düzgün qiymətləndirə bilmədi və hiss olunur ki, bu istiqamətdə onu yanlış yoldan çəkindirəcək düzgün informasiyalar da təqdim olunmayıb. Çini yalnız iqtisadi baxımdan rəqib kimi görən və tarif “müharibəsi” ilə Çinə, Hindistana və başqalarına da qalib gələcəyini düşünən Tramp siyasətinə Pekin paradında son qoyuldu. Çinin paradda təqdim etdiyi silahların gücündən bəhs etməyə ehtiyac yoxdur, hər şey göz önündədi. Bu silahlarla yalnız rəqibin deyil, planetin sonunu gətirmək mümkündür. Paradın yekununda səmaya göyərçinlər buraxılması görüntüdür, mahiyyət Putin və Kim Çen Inla yanaşı dayanıb, başda ABŞ olmaqla Qərbi və tərəfdarlarını qorxutmaq idi.

Çin liderinin İkinci Dünya müharibəsində Çinin qələbə qazandığını vurğulaması mübahisəli məsələdi, amma hətta bu qələbədə Rusiyanın -SSRİ-nin rolu məlumdursa, Şimali Koreya lideri Kim Çen In niyə ön planda olmalı idi? Deməli, söhbət 80 il əvvəl qazanılan qələbədən getmir, məsələ ABŞ və tərəfdarlarına “biz birlikdəyik” mesajını vermək və yeni dünya düzəninin Çinin çətiri altında olacağını çatdırmaq idi. O düzəndə Putin və Kim Çen In baş roldadırsa.., vay o dünyanın halına. Əslində, paradı faktiki olaraq Stalinin yaratdığı dövlətlərin -Rusiyanın, Çinin, Şimali Koreyanın liderləri qəbul etdi. Çin liderinin Mao-Tsezedunun formasını geyməsi, çıxışında “marksizm-leninizm ənənlərinə, Mao ideyalarına, Den Syao Pin təfəkkürünə sadiq qaldıqlarını“ xüsusilə vurğulaması o deməkdir ki, Çinin indiki kommunist rejimini də Stalin yaradıb, o cümlədən Şimali Koreya dövlətini də.

Yevgeni Yevtuşenkonun “Stalinin varisləri” şeiri keçən əsrdə yazılsa da, bu gün də tam aktual hesab edilə bilər:

“Uzaqgörən idi. Mübarizə qanunlarında müdrik idi,

Yer üzündə çoxlu varislər qoyub getdi.

Elə bilirəm ki, telefon qoyulub tabutunun içinə

Göstərişlərini kiməsə verir Stalin yenə.

Biz onu çıxardıq mavzoleydən.

Bəs, Stalini necə çıxaraq, Stalinin varislərindən?

Pekin paradı təbii ki, Trampı acıqlandırıb, əsəbləşdirib. Hətta, Çin, Rusiya, Şimali Koreya üçlüyünü ona qarşı “sui-qəsd” sövdələşməsi münasibətilə “təbrik” etdi. İstehza və sarkazmla cavab verməsi nə işə yarayacaq? 24 saata Ukrayna müharibəsini bitirəcəyi ilə bağlı dediklərini də sonralar “sarkazm” adlandıran Trampın bu sarkazmı da bir işə yarıyası deyil. O vaxta qədər ki, açıq şəkildə Ukraynanı sonadək müdafiə edəcəyini və bu istiqamətdə zəruri olan praktiki addımlar atacağını sübut etmiş olsun. Trampın nüfuzuna birbaşa xələl gətirən bu paradda Putinin özünü çox məmnun hiss etməsinin səbəkarı , elə ABŞ prezidentinin özüdür. Putini izolyasiyadan çıxarıb, Amerika torpağında təntənəli qarşılaması ilə Tramp öz ayağına güllə sıxdığının ağrısını hələ bir müddət çəkəcək.

Pekin paradına cavab olaraq ABŞ prezidenti Avropa məkanında Avropa liderləri ilə təcili görüş təşkil etməli, Ukrayna müharibəsində Putini sülhə məcbur etməyin ən effektli metodlarını müzakirə edib, Ukraynanın hərtərəfli dəstəklənməsinin yeni, təsiredici formalarının ləngimədən həyata keçirilməsi üçün qərarlar verməlidir. Sanksiyalar, silah tədarükü öz yerində, amma bu gün Ukraynanın ən çox əziyyət çəkməsi canlı qüvvə sarıdandır. Bu çətinlikdən çıxmaq üçün Rusiyanın işlətdiyi vasitədən istifadə etmək hadisələrin sülh istiqamətində inkişafına təsir edə bilər. Özəl Hərbi Təşkilatları Ukraynaya göndərmək. Vaxtilə, Putin Afrikadan belə “ÇVK-Vaqner” qüvvələrindən geniş istifadə edib. Üstəlik, Şimali Koreya əsgərlərini də müharibəyə cəlb edib. NATO üzvü olmayan ölkələrin özəl hərbi təşkilatları var. ABŞ prezidenti bir neçə gün əvvəl nizami qoşunların deyil, özəl hərbi təşkilatların Ukraynaya yerləşdirilməsi təşəbbüsü ilə çıxış etmişdi. Bu qüvvələri Ukraynaya cəlb edib yerləşdirmək Ukrayna müharibəsində ciddi dönüşə səbəb ola bilər.

Necə deyərlər, artıq top Tramp tərəfə atılıb. ABŞ-nin və özünün nüfuzunu qorumaq, bərpa etmək üçün Tramp gecikmədən ciddi addımlar atmalı, Putin və Kim Çen In kimi aqressiv liderlərin perspektiv hücum hədəflərinin qarşısını məhz Ukraynada almalıdır.

İlham İsmayıl  \\ Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Sentyabr 2025 21:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see294

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see285

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see189

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see182

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see178

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see158

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri