Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Zelenski onunla şəxsi polemikaya girməklə səhvə yol verir” “Birincisi, Trampın dediyi ilə etdiyi ayrı-ayrı şeylərdir.
İkincisi, onun dedikləri ani xarakter daşıyır. O, bu gün bir, sabah isə tamamilə başqa bir şey deyə bilər”.
Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın sabiq xarici işlər naziri, təcrübəli diplomat, hazırda ABŞ-də yaşayan Andrey Kozırev “Dojd” kanalına müsahibəsində deyib.
Bu müsahibə Ağ Evdə Volodimir Zelenski, Donald Tramp və Cey Di Vens arasında yaşanan məlum qalmaqaldan əvvəl verilib.
Lakin burada deyilənlər həmin görüşdən sonra daha da aktual görünür.
Kozırev sözügedən müsahibəsində qeyd edib ki, hazırda seyr edilən mənzərə - kimisə qorxutmaq, şoka salmaq, yaxud tərifləyib ələ almaq, satın almaq Trampın danışıqlar aparmaq taktikasıdır: “Məsələn, Putinə “qızıl dağlar” vəd edə bilər ki, o da əvəzində nəyisə etsin.
Ancaq məhz nəyi? Hesab edirəm ki, Tramp heç özü də bilmir ki, Putindən nə istəsin. O, sadəcə uğur qazanmaq istəyir...