Icma.az
close
up
RU
“TRAMP ÖZÜ PANİKA İÇİNDƏDİR” Rusiyanın sabiq XİN başçısından ilginc açıqlamalar

“TRAMP ÖZÜ PANİKA İÇİNDƏDİR” Rusiyanın sabiq XİN başçısından ilginc açıqlamalar

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Zelenski onunla şəxsi polemikaya girməklə səhvə yol verir”

“Birincisi, Trampın dediyi ilə etdiyi ayrı-ayrı şeylərdir. İkincisi, onun dedikləri ani xarakter daşıyır. O, bu gün bir, sabah isə tamamilə başqa bir şey deyə bilər”.

Hurriyyet.az xəbər verir ki, bunu Rusiyanın sabiq xarici işlər naziri, təcrübəli diplomat, hazırda ABŞ-də yaşayan Andrey Kozırev “Dojd” kanalına müsahibəsində deyib. 

Bu müsahibə Ağ Evdə Volodimir Zelenski, Donald Tramp və Cey Di Vens arasında yaşanan məlum qalmaqaldan əvvəl verilib. Lakin burada deyilənlər həmin görüşdən sonra daha da aktual görünür.

Kozırev sözügedən müsahibəsində qeyd edib ki, hazırda seyr edilən mənzərə - kimisə qorxutmaq, şoka salmaq, yaxud tərifləyib ələ almaq, satın almaq Trampın danışıqlar aparmaq taktikasıdır: “Məsələn, Putinə “qızıl dağlar” vəd edə bilər ki, o da əvəzində nəyisə etsin. Ancaq məhz nəyi? Hesab edirəm ki, Tramp heç özü də bilmir ki, Putindən nə istəsin. O, sadəcə uğur qazanmaq istəyir... Məsələn, mən respublikaçıların əsas qəzeti olan “Wall Street Journal”-ı oxuyuram, onlar çox şeyi düz yazırlar. Onlar son günlər Trampı sərt tənqid edirlər. Həm tariflərə, həm Kanada məsələsinə, həm də digər məsələlərə görə. Son iki gündə isə çox narahat şəkildə yazırlar ki, Tramp risk edir və sonda heç nəsiz qala bilər. Əvəzində NATO-nu dağıtmasa belə, onun mövcudluğunu böyük şübhə altında qoya bilər. Bunu respublikaçıların Konqresdəki liderləri də görürlər. İndi daha çox nəticəni gözləmək və görmək istəyirlər. Hamı sülh istəyir, amma necə bir sülh? Bunu heç kim bilmir. Məncə Trampı heç nə maraqlandırmır – nə sülh, nə bu sülhün nəticələri, nə kimin qalib gələcəyi... Onu sadəcə, müharibəni dayandırmaq və bunun üçün alacağı mükafat, şərti olaraq Nobel mükafatı maraqlandırır.

Kozırev qeyd edir ki, indi Tramp sadəcə, müharibəni dayandırmağın yollarını axtarır və bunu edə bilmədiyi üçün panika içindədir: “Görünür, o əvvəlcə doğrudan da hesab edirdi ki, müharibəni “Tanrının verdiyi xarizma” hesabına 24 saata dayandıra biləcək. Onun doğrudan da xarizması və bəxtinin gətirməsi var. O, ikinci dəfə ABŞ Prezidenti ola bilib və buna hörmətlə yanaşmaq lazımdır. Lakin o, indi reallıqla qarşılaşıb və reallıq xeyli daha mürəkkəbdir. Bu reallıq isə onda və ətrafında panika yaradır. 24 saata söz vermişdi, bu gün 30 gündən çox keçir artıq, amma heç nə baş vermir. Daha doğrusu, çoxlu səs var, hay-küy var, əvəzində nəinki sülh, heç atəşkəs də üfüqdə belə görünmür. ABŞ-nin milli maraqları üçün şərtlər qeyri-məqbuldur. Bu da bir növ panika yaradır və Ukraynaya qarşı sərt ritorika da bundan irəli gəlir. Lakin sabah eyni ritorika əks istiqamətdə(Rusiyaya qarşı) də ola bilər”.

Kozırev hesab edir ki, Trampın “tarixi olaraq” Putinə simpatiyası daha çoxdur, nəinki Zelenskiyə. Ən azı ona görə ki, Zelenski Trampın hələ birinci prezidentliyi dövründə ona Ukarynadan istədiklərini verməyib: “Keçən prezidentliyi dövründə, 2019-cu ildə Zelenski ona istədiyi kompromatı(Baydenə və onun oğluna qarşı-red.) verməmişdi. Belə bir kompromat heç yox idi də. Ancaq Tramp həmin vaxt düşünürdü ki, “mənim kimi böyük adam üçün bir kompromat tapa bilmirsən? Tapa bilmirdin, özündən uyduraydın”. Yəni, o vaxtdan Zelenskidən incik düşmüşdü. İndi yeni məlum məsələlərə görə ondan narazıdır. Trampın indiki vəziyyəti daha çox psixoloji dramı xatırladır. Məsələn, bir sinifdə arxa partada oturan xuliqan şagirdlə öndə oturan əlaçı şagird dava edəndə, sinifə daxil olan və o qədər də prinsipial olmayan müəllimə dərhal bunu dayandırmağı tələb edir və ilk olaraq xuliqanın yox, əlaçının üstünə düşür, onu danlayır və vurur. Çünki əlaçını danlamaq, vurmaq daha asandır. Xuliqanla isə çətindir. O, həmişə xuliqan olub, ondan hər şey gözləmək olar, söz də qaytara bilər, əl də qaldıra bilər və s. Onda müəllimə axmaq bir vəziyyətə düşər. Trampın düşünülməmiş, siyasi cəhətdən əlbəttə ki, qəbuledilməz açıqlamalarının və hərəkətlərinin arxasında da məhz bu cür çaşqınlıq, hətta panika durur. Nə etmək olar? Deməli, əvvəlcə “əlaçı”nın üstünə düşmək lazımdır(Amma Zelenski əlaçı kimi sakit durmur). Lakin əgər bu kömək etməsə, deməli, xuliqanın məsələsini həll etmək lazım gələcək”.

Kozırev deyib ki, Zelenskinin dünyada böyük nüfuzu var. Lakin o, Trampın dediklərini emosional şəkildə qəbul etməklə və məsələni şəxsiləşdirməklə səhvə yol verir: “Zelenskiyə məsləhət vermək fikrim yoxdur. Ancaq onun yerində olsaydım, Trampın xarakterini nəzərə alaraq, hər şeyi öz içimdən keçirməzdim, emosional qəbul etməzdim. Mən məsələni şəxsiləşdirməzdim və açıqlamalarımda Trampın adını çəkməzdim. Mahiyyət etibarilə Zelenskinin dedikləri əlbəttə ki, doğrudur, bunu hər kəs bilir və bunlar deyilməlidir. Lakin Trampla şəxsi polemikaya girmək doğru deyil... Bir daha deyim ki, Trampa sadəcə, xal qazanmaq lazımdır və ona hərdən bunu etməsinə imkan yaratmaq(Zelenski tərəfindən) daha doğru olardı. Nə qədər də olmasa, Tramp ABŞ kimi böyük ölkənin qanuni seçilmiş prezidentidir. Trampa lazımdır ki, seçicilərinə, Konqresə, nəhayət, özünə sübut etsin ki, nəyəsə nail ola bilir. Zelenski də bunu nəzərə alsa, ona məlum nadir metallar da daxil olmaqla, yeni layihələr, təkliflər versə daha yaxşı olar”.

Kozırev sonda qeyd edib ki, Avropa, xüsusilə də iki nüvə dövləti olan Fransa və İngiltərə indi əvvəlkindən daha cəsarətli, qətiyyətli olmalı, sözdə deyil, əməldə Ukraynaya daha açıq və güclü dəstək verməlidirlər ki, Trampın qərarlarına təsir edə bilsinlər.

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Mart 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran mollasını Allahdan üstün tutanlar Düşmənçiliyin arxasında şəxsən Xamenei durur

22 İyul 2025 00:23see262

Alimlər neandertalların daha bir sirrini açıblar

21 İyul 2025 23:15see228

Məşhur futbolçu turist qadını stulla vurdu VİDEO

22 İyul 2025 00:22see189

Qonşunun toyuğu qaz görünər Fuad İSLAMZADƏ

22 İyul 2025 00:22see180

Bəşər Əsəd Moskva küçələrində VİDEO

21 İyul 2025 21:57see164

Rusiya neftin qiymətinin tavanına görə milyardlarla itirir

22 İyul 2025 00:25see162

Dünyanın ən qeyri adi yeməkləri dadına baxmaq üçün növbəyə duranlar

21 İyul 2025 22:31see145

Pınar da onun şirkətindən ayrıldı

22 İyul 2025 02:52see142

ABŞ Aİ ni Rusiyaya qarşı tariflərə qoşulmağa çağırdı

22 İyul 2025 01:39see141

Həmrəyliklə güclənən Azərbaycan Dövlət və diaspor birliyi

22 İyul 2025 00:22see136

Xankəndi Zirvəsinin şifrələri Sülh, inteqrasiya və güc nümayişi

22 İyul 2025 00:21see134

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see132

Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu

21 İyul 2025 22:03see122

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see121

Yeni soyutma texnologiyası: Sərinkeş və kondisionerlərə artıq ehtiyac yoxdur

22 İyul 2025 02:25see119

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see117

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see115

Burak Kuruluş Osman dan gedir

21 İyul 2025 23:14see113

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see113

Rəfail Becanov Tərəqqi medalı aldı SƏRƏNCAM

22 İyul 2025 01:39see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri