“Tramp Putin görüşü sülhə deyil, maraqların uzlaşdırılmasına xidmət edəcək” Politoloq | Ic…
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır. ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutacaq
Xüsusilə də bu görüşün əsas mövzularından birinin Ukrayna müharibəsi olduğu nəzərə alınarsa, tərəflər arasında mümkün razılaşmaların bölgədə
Bəs, Ukrayna və Rusiya arasında sülhün və ya heç olmasa müvəqqəti atəşkəsin əldə olunması ehtimalı nə dərəcədə realdır?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirdi ki, Tramp ilə Putin görüşündə Ukrayna məsələsi ilə bağlı müəyyən razılaşmaların əldə edilməsi mümkündür: "Məsələn, müəyyən ərazilərin vurulmaması ilə bağlı tərəflər arasında razılaşma ehtimalı var.
Amma bütövlükdə Putin-Tramp görüşünün tamamilə atəşkəsə və yaxud sülhə səbəb olacağı ehtimalı kifayət qədər azdır və indiki mərhələdə bu, hesab edirəm ki, az inandırıcıdır.
Çünki hazırda müharibənin davam etdirilməsi ilə bağlı bir sıra maraqlar mövcuddur və xüsusilə Avropa İttifaqı, Britaniya, eyni zamanda Birləşmiş Ştatlar tamamilə fərqli strategiyalar əsasında Ukrayna siyasətini müəyyənləşdirirlər.
Ukrayna məsələsi ilə bağlı Avropa İttifaqı, Britaniya və Birləşmiş Ştatlar arasında tamamilə ziddiyyətli mövqelər müşahidə olunur.
Avropa İttifaqının son zamanlar müstəqil siyasət yürütmə cəhdləri isə Birləşmiş Ştatları narahat edən başlıca amillərdəndir.
Tam oxu
Xəbəri oxu