Icma.az
close
up
RU
“Tramp Putin görüşü sülhə deyil, maraqların uzlaşdırılmasına xidmət edəcək” Politoloq

“Tramp Putin görüşü sülhə deyil, maraqların uzlaşdırılmasına xidmət edəcək” Politoloq

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutacaq görüş beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Xüsusilə də bu görüşün əsas mövzularından birinin Ukrayna müharibəsi olduğu nəzərə alınarsa, tərəflər arasında mümkün razılaşmaların bölgədəki hərbi-siyasi vəziyyətə təsir göstərə biləcəyi istisna edilmir.

Bəs, Ukrayna və Rusiya arasında sülhün və ya heç olmasa müvəqqəti atəşkəsin əldə olunması ehtimalı nə dərəcədə realdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirdi ki, Tramp ilə Putin görüşündə Ukrayna məsələsi ilə bağlı müəyyən razılaşmaların əldə edilməsi mümkündür:

"Məsələn, müəyyən ərazilərin vurulmaması ilə bağlı tərəflər arasında razılaşma ehtimalı var. Amma bütövlükdə Putin-Tramp görüşünün tamamilə atəşkəsə və yaxud sülhə səbəb olacağı ehtimalı kifayət qədər azdır və indiki mərhələdə bu, hesab edirəm ki, az inandırıcıdır. Çünki hazırda müharibənin davam etdirilməsi ilə bağlı bir sıra maraqlar mövcuddur və xüsusilə Avropa İttifaqı, Britaniya, eyni zamanda Birləşmiş Ştatlar tamamilə fərqli strategiyalar əsasında Ukrayna siyasətini müəyyənləşdirirlər.

Ukrayna məsələsi ilə bağlı Avropa İttifaqı, Britaniya və Birləşmiş Ştatlar arasında tamamilə ziddiyyətli mövqelər müşahidə olunur. Avropa İttifaqının son zamanlar müstəqil siyasət yürütmə cəhdləri isə Birləşmiş Ştatları narahat edən başlıca amillərdəndir. Bu baxımdan Rusiyanın Ukrayna müharibəsi fonunda Avropa İttifaqını təhdid etməsi, əslində, Birləşmiş Ştatların maraqlarına tamamilə uyğundur. Çünki Vaşinqton Rusiyanın Avropa İttifaqına qarşı təhdid rolunun davam etməsində maraqlıdır. Beləliklə, Rusiyanın Avropa İttifaqı üzərində təzyiq yaratması və bunun nəticəsində Avropa İttifaqının ABŞ-nin nəzarətində qalması Vaşinqtonun strateji məqsədlərinə xidmət edir".

Müsahibimiz hesab edir ki, Vaşinqton bu məsələdə öz maraqları kontekstində çıxış edir:

"Dolayısı ilə Ukraynanın ərazi bütövlüyü nə Vaşinqtonu, nə Avropa İttifaqını, nə də Britaniyanı maraqlandırır. Burada prioritetlər tamamilə fərqlidir və hər bir güc öz maraqları çərçivəsində hərəkət edir. Bu baxımdan hesab edirəm ki, tərəflər arasında keçiriləcək görüşlərdə əsas müzakirə mövzusu məhz maraqların uzlaşdırılması olacaq. Beləliklə, müəyyən razılaşmaların əldə edilməsi mümkündür, lakin bütövlükdə sülhün təmin olunması, hesab edirəm ki, inandırıcı görünmür".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 21 Oktyabr 2025 19:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri