Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Son günlər bütün dünya mediası 2 əsas məsələyə fokuslanıb.
Birinci məsələ Trampla Zelenskinin qarışıq münasibətidir, hansı ki, Tramp rəsmi şəkildə Zelenskiyə xəbərdarlıqlar edir və bu günə qədər ABŞ-ın etdiyi yardımlara görə ondan ya pul, ya da qiymətli metallar tələb edir.
Həmçinin Zelenskinin tezliklə ölkəsində seçkilər keçirməsini gərəkdiyini də dilə gətirir.
İkinci məsələ isə Ərdoğan və Zelenski görüşündə çəkilən məlum fotodur.
Hansı ki, Ankara sanki bununla "Zelenski Türkiyənin çətiri altındadır" mesajını ötürdü.
Bu görüntü dərhal sosial mediada rezonans doğurdu və müxtəlif siyasi yozumlarla müzakirə olunmağa başlandı.
Bütün bu olanların fonunda müəyyən suallar ortaya çıxır. Zelenski ilə Tramp arasında nə baş verir?
Trampın bu addımları Zelenskinin devrilməsinə işarədir? Suallarımızı politoloq Samir Hümbətova ünvanladıq.