Icma.az
close
up
RU
Tramp Putini, Zelenski Ərdoğanı seçdi: BÖYÜK TOQQUŞMA BAŞLAYIR? ŞƏRH

Tramp Putini, Zelenski Ərdoğanı seçdi: BÖYÜK TOQQUŞMA BAŞLAYIR? ŞƏRH

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər bütün dünya mediası 2 əsas məsələyə fokuslanıb. Birinci məsələ Trampla Zelenskinin qarışıq münasibətidir, hansı ki, Tramp rəsmi şəkildə Zelenskiyə xəbərdarlıqlar edir və bu günə qədər ABŞ-ın etdiyi yardımlara görə ondan ya pul, ya da qiymətli metallar tələb edir. Həmçinin Zelenskinin tezliklə ölkəsində seçkilər keçirməsini gərəkdiyini də dilə gətirir.

İkinci məsələ isə Ərdoğan və Zelenski görüşündə çəkilən məlum fotodur. Hansı ki, Ankara sanki bununla "Zelenski Türkiyənin çətiri altındadır" mesajını ötürdü. Bu görüntü dərhal sosial mediada rezonans doğurdu və müxtəlif siyasi yozumlarla müzakirə olunmağa başlandı.

Bütün bu olanların fonunda müəyyən suallar ortaya çıxır. Zelenski ilə Tramp arasında nə baş verir? Trampın bu addımları Zelenskinin devrilməsinə işarədir? Suallarımızı politoloq Samir Hümbətova ünvanladıq. Politoloq Turkustan.az-a açıqlamasında bildiri ki, əslində Tramp hakimiyyətə gəlməmişdən artıq Zelenskiyə bəlli idi ki, proseslər heç də onun istədiyi kimi davam etməyəcək.

Tramp da artıq bir müddətdir ki, Rusiya ilə son dərəcə yaxın bir münasibət qurmağa başlayıb. Bu da təbii ki, Zelenski ilə Trampın arasındakı münasibətə, yəni Ukrayna ilə ABŞ münasibətlərinə heç də xoş təsir bağışlamır. Amma təbii ki, Ukrayna Ər-Riyad görüşündən əvvəl də sonra da açıqlama verdi ki, Ukraynanın olmadığı bir danışıq masasının heç bir faydası yoxdur. Dolayısı ilə Zelenski sanki Trampa bir növ yerini göstərmək istəyir. Eyni zamanda Trampın Zelenskidən 500 milyard dollar həcmində mineral resuslarını tələb etməsi də heç xoş qarşılanmadı. Görünən odur ki, tərəflərin bir-birinə qarşı qəzəbi var. Ona görə də bu məsələdə narahatçılıq var, amma bu Zelenskini devirə biləcək bir vəziyyət deyil. Ola bilər ki, Ukraynada seçki olsun və Zelenski seçkidə məğlub olsun, o tamam başqa məsələdir. Ancaq onu hakimiyyətdən salmaq, bu hələ ki, Trampın idarə edə biləcəyi bir prosses deyil.

Ərdoğan və Zelenskinin məlum fotosou nəyə işarədir? ABŞ və Türkiyə Ukraynaya görə toqquşa bilərmi?

Diplomatiyada bədən dili deyilən bir anlayış var. Bir növ Zelenski artıq Ərdoğanın çətrinin altına girməyə çalışır və bunu bacarıb. Ukraynaya görə ABŞ və Türkiyə münasibətlərində gərginlik yaşana bilər. Bu normaldır, çünki, Türkiyə Krım ərazisinə bağlı məsələdə həssaslıq göstərir. Bir də bu 2 ölkə arasında 2019-cu il oktyabr anlaşması var və bu anlaşma əsas götürülür. Ona görə düşünürəm ki, Zelenski Səudiyyə Ərəbistanı, BƏƏ-ni gəzib axırda Türkiyəyə gəlib çıxıbsa və Türkiyədə belə bir foto çəkilibsə, bu birbaşa Zelenskinin son çıxış yolu kimi Türkiyəni seçdiyini göstərir. Türkiyə proseslərdə nə dərəcə təsirli olacaq onu zaman göstərəcək. Amma görünən odur ki, Ukrayna Türkiyə ilə son dərəcə iç-içə siyasətə üstünlük verir.

Aytən Yaşar/ Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Fevral 2025 21:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri