Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik: - Qüdrət bəy, ADA-da siyasi ekspertlərlə görüş zamanı Prezident İlham Əliyev maraqlı açıqlamalar verdi, xüsusilə Ukrayna ilə bağlı.
Bu barədə fikirlərinizi bilmək istərdik... - Bu formatda tədbirlərin keçirilməsi və Azərbaycan Respublikası Prezidentinin regional və beynəl
Ukrayna ilə əlaqədar Prezident haqlı olaraq söylədi ki, bu problemin sülh yolu ilə ədalətli həlli yoxdur.
Ya Ukrayna kapitulyasiya aktına imza atıb Rusiyanın şərtlərini qəbul etməli, ya da Rusiyanı öz ərazisindən güc tətbiq etməklə çıxarmalıdır.
Buna nümunə kimi Prezident Xorvatiyanı və ölkəmizi misal çəkdi. Amma Ukraynanın bunu etməsi çox çətindir.
Çünki Rusiya nüvə dövlətidir və Ukrayna ilə müqayisədə çox güclüdür.