Icma.az
close
up
RU
“Tramp Putinin qələbəsi üçün mümkün olan hər şeyi edəcək” Qüdrət Həsənquliyev

“Tramp Putinin qələbəsi üçün mümkün olan hər şeyi edəcək” Qüdrət Həsənquliyev

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik:

- Qüdrət bəy, ADA-da siyasi ekspertlərlə görüş zamanı Prezident İlham Əliyev maraqlı açıqlamalar verdi, xüsusilə Ukrayna ilə bağlı. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Bu formatda tədbirlərin keçirilməsi və Azərbaycan Respublikası Prezidentinin regional və beynəlxalq məsələlərə dair ölkəmizin mövqeyini bildirməsi çox əhəmiyyətlidir. Ukrayna ilə əlaqədar Prezident haqlı olaraq söylədi ki, bu problemin sülh yolu ilə ədalətli həlli yoxdur. Ya Ukrayna kapitulyasiya aktına imza atıb Rusiyanın şərtlərini qəbul etməli, ya da Rusiyanı öz ərazisindən güc tətbiq etməklə çıxarmalıdır. Buna nümunə kimi Prezident Xorvatiyanı və ölkəmizi misal çəkdi. Amma Ukraynanın bunu etməsi çox çətindir. Çünki Rusiya nüvə dövlətidir və Ukrayna ilə müqayisədə çox güclüdür. Rusiyanı yalnız ABŞ digər NATO-ya üzv olan dövlətlərlə birlikdə müharibəyə girməklə dayandıra bilər. Bu isə qeyri realdır. Ona görə müharibə hələ bir müddət davam edəcək. Tramp açıq formada olmasa da Putinin qələbəsi üçün mümkün olan hər şeyi edəcək. Amma bunu elə formada edəcək ki, ona impiçment elan olunmasın. Ən azı bunu ona görə edəcək ki, Putin onun sağ qalması üçün dua edib. ABŞ-də Tramp və Baydendən fərqli, Rusiyadan qorxmayan, hərdəmxəyal və impulsiv olmayan, müstəqil, gücə və pula təzim etməyən, güclü siyasi iradəyə malik, təmkinli və müdrik bir şəxs prezident seçilsə nəsə dəyişə bilər.

- ABŞ Azərbaycana münasibətini dəyişə bilərmi?

- Bir dəfə müsahibələrimin birində demişdim ki, bunun üçün Trampa Putinin xeyir-duası lazımdır. Trampın ətrafında erməni diasporasına bağlı çoxlu adamlar var. Hər şey ABŞ-Rusiya danışıqlarının nəticəsindən asılı olacaq.

- Prezident söylədi ki, sülh sazişi imzalanmayıbsa deməli Ermənistanla müharibə təhlükəsi qalır. Bu ehtimal nə qədər böyükdür?

- Biz sülh istəyirik, daha ədalətli olar ki, onu müharibədə alib gəlmiş İlham Əliyev imzalasın. Amma Ermənistanı Vətən müharibəsinə qədər onun üçün daha əlverişli şərtlərlə sülh sazişi imzalamağa qoymayıblarsa, indi heç vaxt qoymazlar. Çünki bu onun iradəsindən yox, böyük güclərdən asılıdır. Ona görə sülh üçün biz, danışıqları böyük dövlətlərlə aparıb onları buna razı salmalıyıq. Müttəfiqləri Ermənistanı silahlandırır, erməni ordusuna təlim keçir və Ukraynada müharibənin sonunu gözləyirlər. Çünki müharibə vəziyyəti qaldıqca tərəflərə silah satmaq və təsir etmək imkanları da qalır. Biz yalnız Ermənistana qarşı yox, dünya erməniliyinə və xristian həmrəyliyindən çıxış edən böyük güclərə qarşı dayanmışıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:209
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Aprel 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see767

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see595

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see332

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see283

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see280

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see268

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see249

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see245

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see228

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see227

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see214

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see212

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see208

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see203

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see203

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see201

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see192

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see191

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see190

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri