Tramp qalib gəldi, 3 ölkəyə pis xəbər: Bakını nə gözləyir? Yeni Sabah | Icma.az
Icma.az, Yenisabah portalına istinadən məlumat yayır. ABŞ keçirilən prezident seçkiləri Cənubi Qafqazda, o cümlədən Azərbaycanda diqqətlə iz
Səsvermənin nəticələri regionun sonrakı taleyi və mövcud proseslərin gedişatına təsiri istiqamətində mühüm dəyərləndirilir.
Bəzi ekspertlər ABŞ siyasətinin dəyişməz olacağını desə də, Donald Tramp və ya Kamala Harrisin seçilməsi fonunda fərqli ssenarilər üzərindən versiyalar da səsləndirilirdi.
ABŞ-da bundan sonra nə kimi dəyişikliklər gözlənilir? Vaşinqton xarici siyasətinə korrektələr edəcəkmi?
Azərbaycanla, ümumilikdə Cənubi Qafqazla bağlı nə kimi yeni yanaşma ortaya qoyulacaq?
Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ-da keçirilən prezident seçkiləri həm bu ölkənin xarici siyasəti, həm də beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərə səbəb olacaq: “İkinci Dünya müharibəsindən təxminən 70 il sonra ilk dəfədir dünyada bu şəkildə aktiv müharibə ocaqları olduğu müddətdə ABŞ-da prezident seçkiləri keçirilir.
Eyni zamanda soyuq müharibədən sonra da ilk dəfədir ki, ABŞ Şərq bloku ilə bu şəkildə üz-üzədir.
Əgər Kamala Harris seçilsə idi, Yaxın Şərqdə İsrailin qarşını almaq üçün addımlar atacaqdı.
Tam oxu
Xəbəri oxu