Icma.az
close
up
RU
Tramp qalib gəldi, 3 ölkəyə pis xəbər: Bakını nə gözləyir? Yeni Sabah

Tramp qalib gəldi, 3 ölkəyə pis xəbər: Bakını nə gözləyir? Yeni Sabah

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

ABŞ keçirilən prezident seçkiləri Cənubi Qafqazda, o cümlədən Azərbaycanda diqqətlə izlənilir. Səsvermənin nəticələri regionun sonrakı taleyi və mövcud proseslərin gedişatına təsiri istiqamətində mühüm dəyərləndirilir.

Bəzi ekspertlər ABŞ siyasətinin dəyişməz olacağını desə də, Donald Tramp və ya Kamala Harrisin seçilməsi fonunda fərqli ssenarilər üzərindən versiyalar da səsləndirilirdi.

ABŞ-da bundan sonra nə kimi dəyişikliklər gözlənilir? Vaşinqton xarici siyasətinə korrektələr edəcəkmi? Azərbaycanla, ümumilikdə Cənubi Qafqazla bağlı nə kimi yeni yanaşma ortaya qoyulacaq?

Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, ABŞ-da keçirilən prezident seçkiləri həm bu ölkənin xarici siyasəti, həm də beynəlxalq münasibətlər sistemində ciddi dəyişikliklərə səbəb olacaq:

“İkinci Dünya müharibəsindən təxminən 70 il sonra ilk dəfədir dünyada bu şəkildə aktiv müharibə ocaqları olduğu müddətdə ABŞ-da prezident seçkiləri keçirilir. Eyni zamanda soyuq müharibədən sonra da ilk dəfədir ki, ABŞ Şərq bloku ilə bu şəkildə üz-üzədir. Əgər Kamala Harris seçilsə idi, Yaxın Şərqdə İsrailin qarşını almaq üçün addımlar atacaqdı. O, hazırkı rəsmi prezident Co Baydendən daha çox İsrail əleyhdarıdır. Harris həm ərəb müqavimətində, həm də İran məsələsində İsrailə lazımi dəstəyi verməyəcəkdi. Tramp isə əksinə, yenə İsraili tam dəstəkləmə siyasətini aparacaq. Məhz onun dövründə ABŞ Qüds şəhərini İsrailin paytaxtı kimi tanıdı. Halbuki bu şəhər BMT tərəfindən mübahisəli ərazi elan edilmişdi”.

Zeynal Əmrəliyev

Politoloqun sözlərinə görə, Harris qalib gələcəyi təqdirdə Rusiya ilə müharibədə Ukraynaya dəstəyi davam etdirəcəkdi:

“Lakin artıq Tramp seçilib, vəziyyət fərqli olacaq. Ukraynaya verilən dəstəyi azaldacaq və onu Rusiya ilə masaya oturmağa məcbur edəcək. Trampın qalibiyyəti fonunda İranı və Çini ağır sanksiyalar gözləyir. Vaşinqton Pekinin yüksələn gücünün qarşısını almaq üçün əlindən gələni edəcək. Həmçinin Yaponiyaya da hərbi mənada böyük dəstəyin verilməsi məsələsi aktualdır.

Avropa İttifaqı (Aİ) Harrisin seçilməsini arzu edirdi, çünki Tramp qoca qitənin ABŞ hegemonluğu altında fəaliyyət göstərən NATO-nun daxilində güclərini zəiflətməyi hədəfləyir. Onun məqsədi Aİ-nin güc birliyi kimi sıradan çıxarılmasıdır.

Trampın dövründə Cənubi Qafqaz siyasəti çərçivəsində Gürcüstanla münasibətlərin normallaşdırması üçün cəhdlər ediləcək. Kamala Harris də bu məsələnin həlli üçün çalışacaqdı. Seçki öncəsi hər iki namizəd ermənilərə xoş gələn açıqlamalar versə də, şübhəsiz ki, bu, sadəcə erməni diasporunun səsini qazanmaq üçün cəhd idi”.

Z.Əmrəliyev bildirib ki, ABŞ-da hakimiyyətə gələcək şəxs Azərbaycanın regionda yaratdığı mövcud reallıqları qəbul etməyə məcburdur:

“Ancaq rəsmi Bakı üçün Trampla işləmək daha məqbuldur. Onun dövründə iki dövlət arasındakı əlaqələr normal idi. Co Baydenin dövründə isə ABŞ Cənubi Qafqazda olduqca yanlış siyasət izlədi. Nəzərə alaq ki, Vaşinqton qondarma “erməni soyqırımı”nı məhz Baydenin dövründə tanıdı. Bütün bunlara görə düşünürəm ki, Trampın dövründə iki dövlət arasında hazırda soyuq olan münasibətlərdə normallaşma müşahidə ediləcək”


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:106
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 06 Noyabr 2024 20:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri