Tramp Qətərə hücumu onların etdiyini biləndə hiddətlənib

11.09.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp İsrail ordusunun Dohada HƏMAS rəhbərliyinə zərbə endirməsindən sonra ölkənin Baş naziri Benyamin Netanyahu ilə danışıb. O, hadisədən narazılığını bildirib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” nəşri məlumat yayıb.

“Tramp və Netanyahu arasında gərgin telefon danışığı olub. Ağ Ev rəhbəri Qətərin paytaxtında HƏMAS liderlərinə hücum qərarını “ağılsızlıq” adlandırıb. Tramp hücumu İsrail deyil, ABŞ hərbçiləri tərəfindən həyata keçirildiyini, zərbənin Qəzza zolağında müharibəyə son qoymaq üçün danışıqlarda vasitəçilik edən müttəfiqinin ərazisinə dəydiyini eşidəndə hiddətlənib”, – nəşr qeyd edib.

Məlumata görə, İsrailin Baş naziri amerikalı həmkarına zərbə vurmaq üçün fürsətdən istifadə etdiyini deyib.

Əliyar Xəlil
Globalinfo.az 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью