Tramp Qətərə hücumu onların etdiyini biləndə hiddətlənib
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
“ABŞ Prezidenti Donald Tramp İsrail ordusunun Dohada HƏMAS rəhbərliyinə zərbə endirməsindən sonra ölkənin Baş naziri Benyamin Netanyahu ilə danışıb. O, hadisədən narazılığını bildirib”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” nəşri məlumat yayıb.
“Tramp və Netanyahu arasında gərgin telefon danışığı olub. Ağ Ev rəhbəri Qətərin paytaxtında HƏMAS liderlərinə hücum qərarını “ağılsızlıq” adlandırıb. Tramp hücumu İsrail deyil, ABŞ hərbçiləri tərəfindən həyata keçirildiyini, zərbənin Qəzza zolağında müharibəyə son qoymaq üçün danışıqlarda vasitəçilik edən müttəfiqinin ərazisinə dəydiyini eşidəndə hiddətlənib”, – nəşr qeyd edib.
Məlumata görə, İsrailin Baş naziri amerikalı həmkarına zərbə vurmaq üçün fürsətdən istifadə etdiyini deyib.
Əliyar Xəlil
Globalinfo.az
Baxış sayı:66
Bu xəbər 11 Sentyabr 2025 10:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















