Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında Krımla Qrenlandiya arasında bərabərlik işarəsi qoyub.
Lavrorun sözlərinə görə, Qrenlandiya təhlükəsizlik baxımından ABŞ üçün nə qədər əhəmiyyətlidirsə, Krım da eyni səbəbdən Rusiya üçün əhəmiyyətlidir.
Bu sözlər onun təsdiqidir ki, ABŞ-ın Qrenlandiyanı ələ keçirməsi Rusiya, hətta Çinin maraqlarına uyğun olacaq.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
“Birincisi, bu, ABŞ-Avropa münasibətlərini gərginləşdirəcək, ikincisi, NATO dağılmasa belə zəifləyəcək, üçüncüsü, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək, Çin isə Tayvanın ona məxsus olduğunu gur səslə elan edəcək.
Təsadüfi deyil ki, Lavrov mətbuat konfransında “kim güclüdürsə, o da haqlıdır” tezisini səsləndirib.
Bu elə Donald Trampın yürütdüyü siyasətdir”, - politoloq bildirib.