Tramp Qrenlandiyanı işğala başlasa, qarşısına kim çıxacaq?
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Rusiya xarici işlər naziri Sergey Lavrov ötən ilin yekunlarıyla bağlı keçirdiyi mətbuat konfransında Krımla Qrenlandiya arasında bərabərlik işarəsi qoyub. Lavrorun sözlərinə görə, Qrenlandiya təhlükəsizlik baxımından ABŞ üçün nə qədər əhəmiyyətlidirsə, Krım da eyni səbəbdən Rusiya üçün əhəmiyyətlidir. Bu sözlər onun təsdiqidir ki, ABŞ-ın Qrenlandiyanı ələ keçirməsi Rusiya, hətta Çinin maraqlarına uyğun olacaq.
Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
“Birincisi, bu, ABŞ-Avropa münasibətlərini gərginləşdirəcək, ikincisi, NATO dağılmasa belə zəifləyəcək, üçüncüsü, Rusiya Ukraynaya qarşı işğalçı müharibəni davam etdirəcək, Çin isə Tayvanın ona məxsus olduğunu gur səslə elan edəcək. Təsadüfi deyil ki, Lavrov mətbuat konfransında “kim güclüdürsə, o da haqlıdır” tezisini səsləndirib. Bu elə Donald Trampın yürütdüyü siyasətdir”, - politoloq bildirib.
O xatırladıb ki, bu gün Donald Trampın prezident kimi fəaliyyətə başlamasının bir ili tamam oldu:
“Bu bir ildə ətraf toz-dumana bürünüb, hələ qarşıda Trampın 3 ildə edəcəkləri var. Tramp üçün dost, tərəfdaş və düşmən anlayışı nisbi xarakter daşıyır. Tramp bu bir ildə iki qonşusu – Kanada və Meksikanı da Amerikadan küsdürməyə nail olub”.
Politoloqun fikrincə, Tramp Qrenlandiyanı Amerikaya birləşdirərsə, buna müqavimət göstərəcək güc yoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:41
Bu xəbər 21 Yanvar 2026 09:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















