Tramp Qrenlandiyanı niyə istəyir? Üç MÜHÜM SƏBƏB | Icma.az
Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vəzifəsini icra etməyə sayılı günlər qalmış ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Danimarkanın muxtar bölgəsi olan Qrelandiyanı ölkəsinə birləşdirmək barədə çağırışları geniş müzakirəyə səbəb olub.
Sözügedən məsələyə rəsmi Kopenhagen sərt açıqlama verib. Danimarka hökuməti bunu “yolverilməz” adlandırıb.
Həmçinin Qrelandiyanın yerli hökuməti də buna qarşıdır, onlar, ümumiyyətlə, adanın müstəqilliyinin tərəfdarı olduqlarını qeyd edirlər.
Tramp isə Qrelandiyanı ələ keçirmək üçün hərbi müdaxilə variantını da istisna etmədiyini bildirib.
Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, ABŞ-nin adaya hərbi müdaxiləsi inandırıcı deyil.
O, xatırladıb ki, Danimarka NATO-nun üzvüdür: “ABŞ bir zamanlar özünün yaratdığı hərbi təşkilatın daxilində böhranın yaranmasına zəmin yarada bilməz.
Eyni zamanda bu, rəsmi Vaşinqtonun uzun illərdir, sürdürməyə çalışdığı “dünya hakimliyi” rolunun da süqutuna səbəb ola bilər.
Tam oxu
Xəbəri oxu