Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

Tramp Qrenlandiyanı niyə istəyir? Üç MÜHÜM SƏBƏB

Tramp Qrenlandiyanı niyə istəyir? Üç MÜHÜM SƏBƏB

Sfera.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Vəzifəsini icra etməyə sayılı günlər qalmış ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın Danimarkanın muxtar bölgəsi olan Qrelandiyanı ölkəsinə birləşdirmək barədə çağırışları geniş müzakirəyə səbəb olub. Sözügedən məsələyə rəsmi Kopenhagen sərt açıqlama verib. Danimarka hökuməti bunu “yolverilməz” adlandırıb. Həmçinin Qrelandiyanın yerli hökuməti də buna qarşıdır, onlar, ümumiyyətlə, adanın müstəqilliyinin tərəfdarı olduqlarını qeyd edirlər. Tramp isə Qrelandiyanı ələ keçirmək üçün hərbi müdaxilə variantını da istisna etmədiyini bildirib. 

Bununla bağlı Sfera.az-a açıqlama verən siyasi şərhçi Zeynal Əmrəliyev deyib ki, ABŞ-nin adaya hərbi müdaxiləsi inandırıcı deyil. O, xatırladıb ki, Danimarka NATO-nun üzvüdür:

“ABŞ bir zamanlar özünün yaratdığı hərbi təşkilatın daxilində böhranın yaranmasına zəmin yarada bilməz. Eyni zamanda bu, rəsmi Vaşinqtonun uzun illərdir, sürdürməyə çalışdığı “dünya hakimliyi” rolunun da süqutuna səbəb ola bilər. NATO-nun dağılması indiki geosiyasi gərginlik fonunda ABŞ-yə sərf etmir. İkinci məsələ, Avropanın aparıcı dövlətlərinin məsələyə kəskin reaksiyasıdır. Fransa uzun müddətdir ki, Avropa Birliyinin ordusunun yaradılması barədə çağırışlar edir. Almaniya hökuməti də Trampın açıqlamasını təhlükəli hesab edərək Qrelandiyanın işğalına imkan verməyəcəklərini və Danimarkanı müdafiə edəcəklərini bildirib. ABŞ hərbi müdaxilə halında Avropa ölkələrinin koalisiyası ilə üzləşə bilər. Bu da heç yaxşı nəticə deyil. Donald Trampın Kanadanı ABŞ-nin 51-ci ştatı elan etməsi Böyük Britaniyada həyəcanla izlənilir. Rəsmi London sakitliyini qorusa da, məsələ reallaşmağa başlayarsa, əməli addımlar ata bilər”.

Şərhçi bildirdi ki, Trampın Qrelandiyanı işğal etməsinə mane olacaq digər məsələ daxildə olan ciddi narazılıqlardır:

“Demokratlar Partiyasından olan siyasətçilər bunu “yolverilməz” adlandırıraq məsələyə ciddi şəkildə etiraz edirlər. Tramp işğal üçün Amerika cəmiyyətini buna hazırlamalıdır. Nəzərə almaq lazımdır ki, ABŞ prezidenti avtoritar hakimiyyətə malik olmur. Onun bütün qərarları təkbaşına vermək səlahiyyəti yoxdur. Belə məsuliyyətli qərarın qəbulu uzun prosedur tələb edir.

Əsas sual budur ki, Tramp Qrenlandiyanı niyə istəyir?

Onun bu açıqlamasından əvvəl də adanın ABŞ üçün çox mühüm əhəmiyyət kəsb etdiyi bilinirdi. Ancaq konkret şəkildə Qrelandiyaya sahib olmaq üçün bir neçə səbəb var. Birincisi, ABŞ-nin Şimal qütbündən 1500 kilometr məsafədəki hərbi bazası məhz burada yerləşir. Baza vasitəsilə erkən raket xəbərdarlığı, kosmik müşahidə və peyk nəzarəti funksiyalarını yerinə yetirir. İkincisi, Arktika buzlarının əriməsi Şimal-Qərb və Şimal-Şərq keçidləri kimi daha qısa ticarət yollarının açılması deməkdir. Qrenlandiya beynəlxalq gəmiçilik və hərbi bazalar üçün vacib olan bu marşrutların mərkəzində yerləşir. Üçüncü məsələ isə ABŞ-nin Şərq bloku, Rusiya və Çinlə başlatdığı mübarizədir. Qrelandiya sualtı qayıqların monitorinqində, Rusiya və Çinin geosiyasi təsirinin saxlanılmasında mühüm rol oynayır. Bu baxımdan onun ələ keçirilməsi ABŞ üçün vacibdir”.

Günay Rəsulqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:231
embedMənbə:https://sfera.az
archiveBu xəbər 13 Yanvar 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri