Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsi özü ilə bərabər ən müxtəlif versiyaları da gətirib.
Müzakirə edilən məsələlərdən biri də bundan sonra ABŞ-Rusiya münasibətləridir.
Xarici mətbuat yazır ki, Donald Tramp Rusiya elitasını artıq parçalayıb, iki ölkə arasındakı münasibətlərin necə olacağına dair müzakirələr aparılır.
“Cebheinfo.az” xəbər verir ki, Rusiya elitası 3 variant üzərində dayanır.
“Biz Kremldəki, hökumətdəki, Mərkəzi Bankdakı və ordudakı bir sıra mənbələrlə ABŞ Prezidenti kimi Donald Trampdan nə gözləniləcəyi ilə bağlı danışdıq.
Qeyd edək ki, bu cür fikir ayrılıqlarına demək olar ki, rast gəlməmişik. Amerikada hakimiyyət dəyişikliyi ilə bağlı bizim elita nə gözləyir?
Burada üç versiya üzərində dayanmaq olar”,-deyə mətbuat yazır. Birinci variant Ukraynadakı müharibənin sürətlə tamamlanmasıdır.