Icma.az
close
up
RU
Tramp Rusiya elitasını parçaladı 3 variant

Tramp Rusiya elitasını parçaladı 3 variant

Cebheinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Donald Trampın ABŞ-də hakimiyyətə gəlməsi özü ilə bərabər ən müxtəlif versiyaları da gətirib.

Müzakirə edilən məsələlərdən biri də bundan sonra ABŞ-Rusiya münasibətləridir. Xarici mətbuat yazır ki, Donald Tramp Rusiya elitasını artıq parçalayıb, iki ölkə arasındakı münasibətlərin necə olacağına dair müzakirələr aparılır. 

“Cebheinfo.az” xəbər verir ki, Rusiya elitası 3 variant üzərində dayanır.

“Biz Kremldəki, hökumətdəki, Mərkəzi Bankdakı və ordudakı bir sıra mənbələrlə ABŞ Prezidenti kimi Donald Trampdan nə gözləniləcəyi ilə bağlı danışdıq. Qeyd edək ki, bu cür fikir ayrılıqlarına demək olar ki, rast gəlməmişik. Amerikada hakimiyyət dəyişikliyi ilə bağlı bizim elita nə gözləyir? Burada üç versiya üzərində dayanmaq olar”,-deyə mətbuat yazır.

Birinci variant  Ukraynadakı müharibənin sürətlə tamamlanmasıdır. Mərkəzi Bank və hökumətin iqtisadi bloku bu fikir üzərində dayanır. 

“Mən hələ dekabrın əvvəlində demişdim ki, döyüşlər martın əvvəlinə qədər bitməlidir. Proqnozumu bir az dəyişmək istərdim. Düşünürəm ki, hərbi əməliyyatlar mart-aprelin sonunda başa çatacaq. Bu, tezliklə olacaq. Tramp Putini  inandıracaq, yaxud ona təzyiq edəcək, bunu bilmirəm. Amma bütün bunları başa çatdırmaq vacibdir, əks halda iqtisadiyyatda çox pis nəsə baş verməyə başlayacaq”, - deyə Mərkəzi Bankdakı mənbə bildirib.

Kreml bu mövqeyi “məğlubiyyətçi mövqe” hesab edir və bu cür bəyanatlara görə cəza vəd edib. Eyni zamanda, Prezident Administrasiyasındakı mənbələr Rusiya elitasının bəzi nümayəndələrinin Trampın komandası ilə ayrıca danışıqlar aparmağa çalışacağını istisna etmir. Amma bu cür hərəkətlər olarsa, Kreml sərt cavab verəcək.

İkinci variant, ABŞ-nin mövqeyinin necə dəyişəcəyidir. Bu variantı dəstəkləyənlər hər hansı bir gözləntidən – həm pis, həm də yaxşıdan əl çəkməyə çağırırlar.

“Putinin Trampla danışıqları çox şeyi üzə çıxaracaq. Amerika Prezidentinin bizə göstərəcəyi hörmətdən çox şey asılıdır. Tramp isə artıq qəribə bəyanatlar verib. Məsələn, deyir ki, Amerika xalqı faşizmi məğlub edib, halbuki bunu kimin etdiyini hamı bilir. O, inaqurasiya mərasiminə Xodorkovski kimi birini dəvət etdi. Putin Trampa tarixdən yaxşı mühazirə oxuyacaq ki, heç olmasa faşizmlə bağlı bundan sonra kazus olmasın”, - deyə Kremldəki mənbə qeyd edib.

Eyni zamanda, mənbə hesab edir ki, Argentina Prezidenti və ya İtaliyanın Baş nazirindən fərqli olaraq Putin Trampın inauqurasiya mərasiminə dəvət edilməməsinə xüsusi diqqət yetirməyəcək: “Putin qisasçı deyil".

Üçüncü variant hərbçilərin əksəriyyətinin rəyini əks etdirir. Onlar düşünürlər ki, Ukraynadakı müharibə indi bitməyəcək, Kiyev Qərbdən yardım alacaq.

“Rusiyada səfərbərlik həyata keçiriləcək, zərərli demobilizasiya ideyasından əl çəkəcəyik və mübarizə aparacağıq. Üstəlik, Trampın Ukrayna münaqişəsi ilə bağlı nə deməsinin heç bir əhəmiyyəti yoxdur”,-deyə . Müdafiə Nazirliyindəki mənbə bildirib.

Bunlar gündəmdə olan əsas 3 variantdır. Proseslərin necə inkişaf edəcəyini isə zaman göstərəck.

Xəzər
“Cebheinfo.az”

 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Yanvar 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

535 mənzil “Güzəştli mənzil” sistemində satılıb BİRGƏ MƏLUMAT

04 Sentyabr 2026 22:42see323

Lənkəranda illərdir təmir olunmayan yol VİDEO

05 Sentyabr 2026 00:00see268

Gömrükdə yeni qayda: İdxalçılar üçün əlavə xərc yaranacaq?

04 Sentyabr 2026 22:02see268

Tacikistanda tranzit daşımaları 17 faiz çoxalıb

04 Sentyabr 2026 22:32see260

Ölkəyə idxal olunan qeyri qida malları ilə bağlı yeni qayda qüvvəyə mindi

05 Sentyabr 2026 09:10see249

2026 cı il dünya çempionatı ABŞ iqtisadiyyatına nə qədər vəsait qazandırdı? Tramp açıqladı

05 Sentyabr 2026 15:49see228

Serbiyada birgə QES inşa edilir

05 Sentyabr 2026 17:21see226

Milli astrofizikada məktəb yaratmış alim

05 Sentyabr 2026 18:13see224

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see210

Əminə Şirini Gürcüstan toyunda pul yağışı na tutdular (Video)

05 Sentyabr 2026 15:37see210

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see207

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see205

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see202

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see197

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see197

Elektrikli bir avtomobilin batareya ömrü nə qədərdir? ARAŞDIRMA

05 Sentyabr 2026 12:31see192

Həddindən artıq acı yemək mədə xərçəngi riskini artıra bilər Həkim xəbərdarlıq etdi

04 Sentyabr 2026 23:45see186

Yaxın Şərqdə köhnə status kvoya qayıtmaq mümkün deyil

05 Sentyabr 2026 00:56see183

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see179

Mövsümi meyvə tərəvəz niyə bahadır?

05 Sentyabr 2026 15:04see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri