GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın son zamanlarda Qrenlandiya ilə bağlı açıqlamaları rezonans doğurub.
Tramp ərazinin ABŞ-a qaytarılmalı olduğunu deyib və bunu Birləşmiş Ştatların təhlükəsizliyi üçün vacib adlandırıb.
Yeni prezidentin açıqlamaları Danimarkada birmənalı qarşılanmayıb.
Globalinfo.az xəbər verir ki, CNN Trampın bu məsələni gündəmə gətirməsinin bir neçə səbəbi olduğunu yazıb.
Nəşr ərazinin ABŞ və Avropa arasında unikal geosiyasi mövqeyə malik olduğunu qeyd edib: “Qrenlandiya dünyanın ən böyük adasıdır, burada 56 mindən çox insan yaşayır.
Əvvəl Danimarkanın koloniyası, indi isə ona bağlı muxtar ərazidir. Çox mühüm strateji mövqeyə sahibdir.
Paytaxtı Nuuk ABŞ-ın Nyu-York ştatına Danimarkanın paytaxtı Kopenhagendən daha yaxındır.